İran və Pakistan hərbi əməkdaşlığı genişləndirmək istəyirlər
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn Rza Tehranda Pakistan ordusunun baş feldmarşalı Səid Asim Munir ilə görüşündə Tehranın İslamabadla müdafiə sektorunda əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Pakistan ordusunun komandanı ilə görüş zamanı nazir vəzifəsini icra edən şəxs İslamabadın İran İslam Respublikasına dəstək məsələsindəki prinsipial mövqeyinə görə minnətdarlığını ifadə edib.
Bildirilir ki, görüşdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin, regional təhlükəsizlik mexanizmlərinin yaradılmasının və sionist rejimin təhdidlərinə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.
Qeyd edək ki, ruhani liderin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edən Pakistan ordusunun rəhbəri İran İslam Respublikasının qonaqpərvərliyini yüksək qiymətləndirib, həmçinin İran hökuməti və xalqına dərin başsağlığı verib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 04 İyul 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















