İran və Rusiya XİN başçıları telefonla danışıblar
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bakıvaxtı.az-ın məlumatına görə, tərəflər söhbət zamanı İslamabad memorandumunu, eləcə də bəzi regional və ikitərəfli məsələləri müzakirə ediblər.
Əraqçi memorandumun detalları barədə məlumat verərək, onun müddəalarının düzgün icrasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib. İranlı nazir həmçinin Livana qarşı hücumların tam dayandırılmasının vacibliyini vurğulayıb.
Lavrov isə memorandum mətninin yekunlaşmasını alqışladığını bildirərək, Rusiyanın onun müddəalarının həyata keçirilməsini tam dəstəklədiyini qeyd edib.
Xarici işlər nazirləri beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının memorandumun icrasına dəstək verməsinin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin region ölkələri arasında sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə diplomatik əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 17 İyun 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















