İran vətəndaşlarını potensial diversantları müəyyən etməyə çağırıb KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın İnformasiya Nazirliyi vətəndaşları şübhəli nəqliyyat vasitələri və ya insanlar, xüsusən maska və ya tünd eynək taxan şəxslər gördükləri halda “qaynar xətt”ə zəng etməyə çağırıb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, nazirlik insanlardan nəqliyyat vasitələrinin qeyri-adi hərəkətləri, xüsusən günün qeyri-adi vaxtlarında və ya mühüm strateji obyektlərin yaxınlığında baş verərsə, barədə dərhal məlumat vermələrini xahiş edib.
“Bəzi dağıdıcı elementlər dronların daşınması və buraxılması, həmçinin düşmən raketlərini hədəfə almaq üçün kiçik yük maşınlarından istifadə edə bilər”, – məlumatda deyilir.
Vətəndaşlardan həmçinin xahiş olunur ki, kimsə hərbi, sənaye obyektinin yaxınlığında, hətta yaşayış məntəqələrində video çəkərsə və ya hər hansı yerdə, hətta adi bir yerdə belə kvadrokopter işə salarsa, bununla bağlı məlumat versinlər. Əllərində iri çantalarla binalara girən insanlar da şübhə oyatmalıdır.
Baxış sayı:64
Bu xəbər 14 İyun 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















