İran xalqı təslim olmayacaq, ABŞ nin müdaxiləsi... Xamenei
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"Təhdidlər yalnız onlardan qorxanların üzərində işləyir. İran xalqı Quranın bu sözlərinə inanır: "Kədərlənməyin və ruhdan düşməyin, çünki siz möminsinizsə, üstünsünüz". Təhdidlər iranlıların davranışlarına və düşüncələrinə təsir göstərmir".
Ölkə.az xəbər verir ki, bu sözləri İran xalqına müraciətində İranın ali rəhbəri Əli Xamenei deyib.
O bildirib ki, İran xalqına “təslim olun” demək ağlabatan deyil:
"İran xalqını və onun tarixini bilən anlayışlı insanlar heç vaxt belə sözlər deməzlər. Bu xalq heç kimin təcavüzünə təslim olmur və boyun əymir.
Amerikalılar və regionun siyasətinə bələd olanlar yaxşı bilirlər ki, ABŞ-nin baş verənlərə müdaxiləsi onlara ziyan vuracaq. Onlrın vurduğu ziyan İranın vurduğu ziyandan xeyli çox olacaq".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















