İrana başqa ölkənin müdaxiləsi bütövlükdə regiona mənfi təsir göstərə bilər Deputat
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"İranda baş verən hadisələr tərəfimizdən narahatlıqla izlənilir və biz proseslərin İran xalqının milli maraqlarına uyğun, eləcə də bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə təhdid yaratmayacaq ssenari üzrə inkişafını arzu edirik. Lakin aksiyaların xarakteri, İran rəhbərliyinin bu etirazlara münasibəti, o cümlədən Qərb dairələrinin, xüsusilə ABŞ Prezidenti Donald Trampın etirazçıların dəstəklənməsi ilə bağlı kifayət qədər radikal bəyanatları ümumilikdə vəziyyətin daha da gərginləşməsi perspektivini ehtiva edir".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov İranda baş verən qarşıdurmalardan danışarkən bildirdi.
"Əlbəttə, İran dövləti üçün əsas olan İran xalqının iradəsidir. Lakin vəziyyətin gərginləşməsi və ya arzuolunan dəyişikliklərin qarşıdurma, yaxud başqa ölkənin müdaxiləsi ilə silahlı münaqişə formatına keçməsi nəinki İranın, bütövlükdə regionun geosiyasi arxitekturasına birmənalı şəkildə mənfi təsir göstərə bilər. Düzdür, Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə regionda elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, milli maraqlarımızı və dövlət təhlükəsizliyimizi, o cümlədən təhlükəsizliyimizi ehtiva edən status-kvonu hər hansı formada zədələmək mümkün deyil. Lakin istənilən halda qonşu ölkələrdə sülh və sabitliyin hökm sürməsi ümumi əməkdaşlıq mühitinin dərinləşməsi, uzlaşdırılmış maraqlar fonunda inkişaf və tərəqqi baxımından daha məqbuldur. Bu mənada, biz İranda baş verən hadisələrin ən qısa müddətdə İran xalqının milli iradəsi əsas götürülməklə dinc yolla nizamlanmasında maraqlıyıq", - deyə o yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Yanvar 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















