Icma.az
close
up
RU
“İrana genişmiqyaslı yeni müdaxilə olarsa, Türkiyə dövləti, ilk növbədə bu bəyanata əsaslanacaq...”

“İrana genişmiqyaslı yeni müdaxilə olarsa, Türkiyə dövləti, ilk növbədə bu bəyanata əsaslanacaq...”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hal-hazırda Türkiyənin daxili qoşunları  İran İslam Respublikasının daxili təhlükəsizlik qüvvələri ilə müzakirələr aparır. Türkiyə və İran arasında sərhədlərin qorunması üçün əməkdaşlıq edilir...”

“Öncə xatırladım ki, dünən Tramp bəyan edib ki, daha bir donanma  İrana yaxınlaşır. Türkiyənin məsələyə münasibətinə gəlincə,  28 yanvar 2026-cı ildə Türkiyənin Milli Təhlükəsizlik Şurasının 2026-cı il üçün ilk iclası keçirilib. Burada bir çox məsələlər müzakirə edilib, amma ən aktual və geniş müzakirə olunan məsələ İran məsələsi olub. İranın ABŞ və İsrail ilə olan münasibətləri bu müzakirələrin mərkəzində durub. Mətbuata verilən bəyanatda vurğulanıb ki, İranın təhlükəsizliyinə təhdid bölgənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Yəni, bu, İrana hücumun Türkiyə üçün də təhlükəsizlik təhdidi olacağı anlamına gəlir.” 

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Teymur Qasımlı Türkiyə dövlətinin son vaxtlar İran ətrafında baş verənlərə münasibətini şərh edərkən dilə gətirib.

“Ümumilikdə, İran İslam Respublikasından Türkiyəyə turist axını, tələbələr və digər şəxslər gəlir. İranla bağlı ən mühüm məsələlərdən biri də miqrasiya, qaçqın axınıdır. Hal-hazırda Türkiyənin daxili qoşunları  İran İslam Respublikasının daxili təhlükəsizlik qüvvələri ilə müzakirələr aparır. Türkiyə və İran arasında sərhədlərin qorunması üçün əməkdaşlıq edilir və bu məsələlər müntəzəm şəkildə müzakirə olunur. Həmçinin, Türkiyə dövləti əsasən İranla sərhədlərin qorunması üçün gücləndirilmiş tədbirlər görür. Miqrasiya məsələsi, xüsusilə Əfqanistan üzərindən İran vasitəsilə Türkiyəyə gələn qaçqınlar mövzusunda ciddi addımlar atılır və bu axının qarşısını almaq üçün tədbirlər görülür”,- davamında həmsöhbətimiz belə deyib.

“Türkiyənin ictimai və siyasi mühitində ABŞ və İsrailin İrana gözlənilən müdaxiləsi məsələsinə qarşı olan narahatlıq var. Və ölkənin əksər siyasətçi, şərhçi və jurnalistləri bu müdaxilənin qəti əleyhdarıdırlar.  Bu narahatlığın əsas səbəblərindən biri İranın bölünməsi halında Türkiyənin də təhlükə altında qalacağı düşüncəsidir. Əgər İrana müdaxilə olarsa, Türkiyə dövlətinin mövqeyi İranın yanında olmaqdır. Xatırladaq ki, hətta 12 günlük İran-İsrail müharibəsində Türkiyə dövləti İran İslam Respublikasının yanında dayanıb. Həmin savaş zamanı Türkiyə tərəfindən   İrana kəşfiyyat və təhlükəsizlik məlumatları ötürülüb.  Və gələcəkdə də əgər hər hansı bir xarici müdaxilə baş verərsə, yenə də hər iki tərəf diplomatik vasitələrə və məlumat mübadiləsinə müraciət edəcək. İranın ərazi bütövlüyü ilə bağlı Türkiyənin mövqeyi aydın olub və bu mövqe diplomatik və digər vasitələrlə müdafiə ediləcək.

Publik olmasa da, qeyri-rəsmi diplomatik mənbələr də belə məlumatları təsdiq edir. Hətta 12 günlük müharibə zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran ilə ABŞ arasında vasitəçilik etmək istəmişdi. Bu cəhdlər ümumilikdə uğursuz olsa da, bəzi məsələlərdə uğurlar əldə edilib.

Bir sözlə, İrana qarşı genişmiqyaslı yeni müdaxilə olarsa, Türkiyə dövləti, ilk növbədə Milli Təhlükəsizlik Şurasının son bəyanatına əsaslanacaq və ölkə öz milli maraqlarını qorumaq üçün diplomatik və digər vasitələrdən istifadə edəcək. İranın ərazi bütövlüyünün qorunması, Türkiyənin rəsmi mövqeyidir”,  –deyə  Teymur Qasımlı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri