Icma.az
close
up
RU
Türkiyə ilə sərhəddə yeni müsəlman dövləti yaranır: Ərazisi Azərbaycanla İrana çatır...

Türkiyə ilə sərhəddə yeni müsəlman dövləti yaranır: Ərazisi Azərbaycanla İrana çatır...

Icma.az bildirir, News24 portalına istinadən.

Son günlərdə Suriya siyasətində mühüm bir hadisə baş verib. "Middle East Monitor" xəbər portalının məlumatına görə, Suriya ələviləri – türkmən, kürd və ərəblərdən ibarət bir qrup – ölkənin qərbində yerləşən Uqarit bölgəsində muxtariyyət elan edib. Sözügedən bölgənin rəsmi səhifə və qruplarında da bununla bağlı bəyanatlar yayılıb. Suriya hökuməti isə hələlik bu məsələyə münasibət bildirməyib. Analitiklər hesab edirlər ki, bu hadisə təkcə Suriyada deyil, bütün bölgədə geosiyasi balansı dəyişdirə bilər və eyni zamanda, uzun müddətdir müzakirə olunan Kürdüstan dövlətinin yaranma ehtimalını daha da gücləndirə bilər.

Bəs həqiqətən yeni dövlət yaranır? Bu dövlətin ərazisi harda yerləşə bilər? 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Suriyada bu cür hadisələrin baş verməsi gözlənilən idi. Onun sözlərinə görə, ölkənin çoxmillətli və çoxdinli tərkibi, həmçinin bölgədə müxtəlif dövlətlərin maraqlarının olması bu kimi proseslərin qarşısını almağı çətinləşdiri:

"Suriyada hazırkı mərhələdə hakimiyyət boşluğu hiss olunur və bu vəziyyətdən istifadə edən qruplar öz mövqelərini gücləndirmək üçün müəyyən addımlar atırlar. Xüsusilə ölkənin Qərb ərazilərində – Latakiya bölgəsində və digər strateji ərazilərdə belə cəhdlər müşahidə olunur. Bu bəyanatları əsasən ələvi qruplar verir. Nəzərə alsaq ki, keçmiş prezident Bəşər Əsəd də ələvi mənşəlidir, bu qrupların arxasında Rusiya və İranın dayana biləcəyi ehtimalı böyükdür. Çünki bu ölkələr yeni hakimiyyətə təsir göstərmək və bölgədə öz maraqlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə edir," – deyə politoloq bildirib.

Bununla belə, O. Qasımov hesab edir ki, bu cəhdlər uğur qazanmayacaq. Onun sözlərinə görə, Suriyanın yeni hökuməti və onu dəstəkləyən dövlətlər, xüsusilə də Türkiyə, ölkənin parçalanmasına və bu cür təxribatların genişlənməsinə imkan verməyəcək:

"Türkiyə bölgədə sabitliyin təmin olunmasında maraqlıdır və Suriyanın ərazi bütövlüyünü qorumaq üçün ciddi addımlar atır. Hazırkı şəraitdə Ankara bu kimi separatçı fəaliyyətlərə qarşı sərt mövqe sərgiləyəcək. Eyni zamanda, Suriyada sabitliyin bərqərar olması üçün digər müttəfiq dövlətlər də ciddi dəstək göstərəcək," – deyə politoloq vurğulayıb. 

Oqtay Qasımov əlavə edib ki, Kürdüstan dövlətinin yaranması uzun zamandır müzakirə olunur və müəyyən vaxtlarda buna cəht olunub: 

"Suriyada vəziyyət hələ tam sabitləşməyib və bölgədə müxtəlif güclərin maraqlarının toqquşması fonunda gələcəkdə də müəyyən qarşıdurmaların yaşanması istisna edilmir. Lakin bu proseslər uzunmüddətli perspektivdə yeni hakimiyyətin möhkəmlənməsinə maneə ola bilməyəcək"

Zəhraxanım Şeydayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri