Icma.az
close
up
RU
İrana hücumdan sonra regionu gözləyək risk Bakı hərəkətə keçir?

İrana hücumdan sonra regionu gözləyək risk Bakı hərəkətə keçir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrailin İrana hücumu fonunda radiasiya təhlükəsi yenidən gündəmə gəlib. Bundan əvvəl 12 günlük İran-İsrail qarşıdurması zamanı cənub bölgəsində radiasiya ilə bağlı xüsusi monitorinqlər aparılıb və müvafiq ölçmələr həyata keçirilib.

Bu proses indi də baş verəcək? Azərbaycana və ümumilikdə Cənubi Qafqaza radiasiya təhlükəsi varmı?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, müharibənin indiyədək məlum olan xronologiyasına əsasən, nüvə başlıqlı kütləvi qırğın silahlarından istifadə edilməyib:

“Döyüş əməliyyatları əsasən artilleriya və ballistik raketlər vasitəsilə aparılır. Bu hal birbaşa radiasiya təhlükəsini istisna etsə də, region ölkəsi kimi müharibənin ekoloji fəsadlarının Azərbaycana təsiri kifayət qədər realdır. Belə risklərə turşu və qara yağışların yaranması, atmosferdə asılı maddələrin konsentrasiyasının artması, su anbarlarının vurulması nəticəsində subasmalar misal ola bilər. Eyni zamanda, real risklərə heyvanların məcburi miqrasiyası və dağıdılmış kimya müəssisələrindən sızan maddələrin su hövzələrini, o cümlədən Araz çayını çirkləndirməsi daxildir. Bu ssenarilərin hər biri real ehtimal kimi qiymətləndirilə bilər”.

Arzu Mustafayev

Ekspert bildirib ki, bütün bunlar baş vermədən müharibənin tezliklə başa çatması məqsədəuyğundur:

“Çünki döyüşlərin getdiyi ərazilərin bir hissəsi tarixi və coğrafi baxımdan vahid Azərbaycan məkanının tərkib hissəsidir. Orada baş verə biləcək hər hansı ekoloji və sosial problem eyni xalqın bir parçası olaraq bizi də birbaşa narahat edir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Mart 2026 07:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri