İrana yeni zərbələr seriyası başa çatıb
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasının endirilməsini başa çatdırıb.
Hurriyyet.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mərkəzi Komandanlıq dünən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirmək cəhdinə cavab olaraq İrana güclü zərbələr dalğasını başa çatdırıb", - paylaşımda bildirilib.
CENTCOM-un məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla obyektini, o cümlədən hərbi komanda məntəqələrini, raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdirildiyi yerləri, sahil müşahidə və müdafiə obyektlərini, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) vasitələrini vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 21 Avqust 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















