“İrana “yox” demək ədalətli olmaz”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“İranın ballistik raketlərə sahib olması məni narahat etmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Paris hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, regionun digər ölkələrinin də oxşar silahlara malik olduğunu vurğulayaraq, yalnız İrana məhdudiyyət qoyulmasının ədalətli olmadığını deyib.
Tramp həmçinin İranın ballistik raket proqramına münasibətini açıqlayaraq qeyd edib ki, bu silahları nüvə silahları ilə eyniləşdirmək düzgün deyil.
“Ballistik raketlər nüvə silahları ilə eyni deyil. Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrdə belə raketlər varsa, yalnız İrana “yox” demək ədalətli olmaz. Müəyyən həddə qədər İranın da onlara sahib olması problem deyil”, – deyə Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 18 İyun 2026 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















