Icma.az
close
up
RU
İranda bugünkü etirazların səbəbləri yalnız iqtisadi amillərlə izah edilə bilməz Hikmət Babaoğlu

İranda bugünkü etirazların səbəbləri yalnız iqtisadi amillərlə izah edilə bilməz Hikmət Babaoğlu

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda başlayan etiraz dalğası ölkənin qərb və cənub-qərb bölgələrində qanlı toqquşmalarla müşayiət olunur. Xatırladaq ki, dekabrın sonundan etibarən iqtisadi çətinliklərə etiraz olaraq başlayan aksiyalar artıq ölkənin 25 əyalətində 60-dan çox şəhəri bürüyüb. Ən şiddətli qarşıdurmalar Lordeqanla yanaşı, Məlikşahi və Kirmanşah şəhərlərində qeydə alınıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, İranda milli valyutanın kəskin dəyərdən düşməsi bugünkü etirazların səbəbi olsa da, tək səbəb deyil. 

Onun sözlərinə görə, uzun illərdir İran sanksiyalar altında yaşayır və əhalinin rifahı onsuz da aşağıdır:

"Bununla yanaşı, İran cəmiyyətində ağır ideoloji təzyiqlər mövcuddur. Yəni bugünkü etirazların səbəbləri yalnız iqtisadi amillərlə izah edilə bilməz. İranda hüquqi sistem də böhran içindədir. Müxtəlif xalqların hüquqları məhdudlaşdırılır, təzyiq altında saxlanılır və illər keçdikcə sərt qaydalar daha da sərtləşir".

Millət vəkili bildirdi ki, cəmiyyətə tətbiq olunan təzyiq fizikanın təsir-əks-təsir qanunu kimi işləyir:

"Uzun müddət təzyiq altında qalan cəmiyyət bir gün eyni güclə cavab verir. İranda baş verən etirazlar da məhz bu uzunmüddətli təzyiqin nəticəsidir. Hazırkı vəziyyət ciddi dəyişikliklər gətirəcəksə, proseslərin idarə olunması üçün liderlərin önə çıxması vacibdir. Əks təqdirdə, enerjinin boşuna sərf edildiyi, xaotik davranışlar müşahidə oluna bilər. Lakin 40 ildən çoxdur ki, lider potensialı ola biləcək ziyalılar təqiblərə məruz qalır, ölkədən çıxarılır və ya sistem tərəfindən məhdudlaşdırılır. Bu isə indiki durumda kimin lider olaraq önə çıxmasını çətinləşdirir və İranın rasional, pozitiv dəyişikliklərə irəliləməsini ləngidir".

Müsahibimizin fikrincə, etirazçılar arasında müəyyən şüur formalaşarsa, konkret tələblər və məqsədlər müəyyənləşdirilərsə, İranda demokratik və hüquqi proseslərin başlanması üçün şərait yarana bilər:

"Əks halda, əvvəlki illərdə olduğu kimi, etirazlar nəticəsiz qalar. Digər diqqətçəkən məqam İran dövlətinin davranışıdır. Təcrübə göstərir ki, dövlət etirazlar səngidikdən sonra ciddi repressiyalara əl atır və etirazçılar yenidən təşkilatlanmaq imkanından məhrum olurlar. Hazırkı vəziyyətdə də İran dövləti eyni taktikanı tətbiq edir: etirazçıların tələblərinə cavab vermir, lakin güc mexanizmlərini də sonuna qədər işə salmır. Bu liberal yanaşma, təəssüf ki, etirazların nəticəsiz qalmasına yol aça bilər. Hər şey İrandakı cəmiyyətin davranışlarından asılıdır. Ümid edək ki, bu proses düzgün idarə olunaraq, qonşu İranın rifaha qovuşması və dərin radikal islahatların həyata keçirilməsi üçün bir fürsət yaradacaq", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri