Icma.az
close
up
RU
İranda dəhliz qalmaqalı: 4 ölkəni hədəf alan sənəd təsdiqləndi İnanılmaz TƏHDİD

İranda dəhliz qalmaqalı: 4 ölkəni hədəf alan sənəd təsdiqləndi İnanılmaz TƏHDİD

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran parlamenti Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanat qəbul edib. Sənəddə qeyd olunub ki, bu dəhliz İranın təhlükəsizliyinə təhdiddir, ölkənin geosiyasi mövqeyini zəiflətmək məqsədi daşıyan istənilən iqtisadi və tranzit layihə Parlament Assambleyası tərəfindən rədd edilir. Bəyanatda həmçinin, “İran milli təhlükəsizliyi və maraqlarına qarşı hər hansı hücum baş verəcəyi təqdirdə qətiyyətli müdafiə üçün bütün siyasi, hüquqi və qanuni vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”, – fikri vurğulanır.

Maraqlıdır ki, İran Prezidenti Məsud Pezeşkian dəhlizin ölkəsi üçün təhlükə yaratmadığını söyləmişdi. Tehran hökumətindəki fikir ayrılığı ciddi narahatlıq doğurur və dəhlizin təhlükəsizliyi ilə bağlı bir sıra sualları meydana çıxarır.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, İranda Zəngəzur dəhlizi ilə bağlı ikitirəlik yaranıb:

“Prezident Məsud Pezeşkianın mövqeyi məlumdur, sadəcə ali lider tərəfi dəhlizin açılmasına qarşıdır. Onların dirəniş mövqeyi avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra daha da güclənib. Rusiyanın da bu görüşdən sonra sağa-sola doğru əyildiyini görürük. Amma bütün səylər əbəsdir. Artıq dəhlizin açılması prosesi getdikcə yaxınlaşır.

Həmçinin oxuyun:

Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi – Sensasion

İran ABŞ-ın regionda artan rolunu qəbul edə bilmir. Avqustun 8-dən əvvəl cənub qonşumuzda yumşalma müşahidə olunurdu, lakin Vaşinqton görüşü hər şeyi dəyişdi. Ümumiyyətlə, Tehran dəhliz məsələsində heç nəyə nail ola bilməyəcək və hazırda təklənmiş vəziyyətdədir. İsraillə 12 günlük müharibədə ən yaxın müttəfiqi olan Rusiya belə İrana dəstəyini göstərmədi, sadəcə quru bəyanatlarla kifayətləndi. Halbuki hər kəs İsrailin arxasında ABŞ-ın dayandığını bilirdi və bunu Tehran da etiraf etdi. Azərbaycan tərəfi isə mövqeyini dəyişməyib. İranın belə vəziyyətdə qiymət verməsini gözləmək real deyil”.


Cavanşir Abbaslı

Siyasi şərhçi bildirib ki, Tehran rejiminin əvvəllər də Azərbaycanın ərazisindən İrana zərbə endirilməsinə imkan verilməyəcəyi kimi mövqe sərgiləməsinə baxmayaraq, bu dəfə Zəngəzur dəhlizi açılacaq və ondan istifadə edən dövlətlərdən biri də İran özü olacaq:

“Sadəcə cənub qonşumuz Naxçıvana birbaşa gediş-gəlişin təmin olunması ilə barışmaq istəmir. Lakin bu da boşuna cəhd olacaq. Azərbaycan  Prezidenti İlham Əliyevin Əl Ərəbiyyə kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən sonra molla rejiminin belə bəyanatlarla nəticə əldə edə bilməyəcəyi açıq görünür. Lakin düşünürəm ki, Tehran bir müddət sonra yorulacaq. Azərbaycan isə işini davam etdirəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri