Icma.az
close
up
RU
İranda dizelin qiymətinin qalxmasının Azərbaycana heç bir təsiri yoxdur İqtisadçı

İranda dizelin qiymətinin qalxmasının Azərbaycana heç bir təsiri yoxdur İqtisadçı

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda dizel yanacağının qiyməti qalxıb. Bu barədə Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bildirib.

Onun sözlərinə görə, bu ilin yayında azad satışda olan dizel yanacağının hər litri 12 min tümən (0, 48 manat) idisə, hazırda 17 min tümənə (0,68 manata) çatıb.

Başqa bir məlumata əsasən, İranın Hörmüzqan əyalətində ötən gün yanacaq daşıyan avtomobil hakimiyyətin güc strukturlarının əməkdaşları tərəfindən atəşə tutulub. Hadisə Minab şəhərində baş verib.

Qeyd edək ki, İranın bölgələrində işsiz insanlar ailələrini dolandırmaq üçün yanacaq qaçaqmalçılığı ilə də məşğul olurlar.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, İranda dizel yanacağının qiymətinin bahalaşması beynəlxalq amillərlə bağlı olan faktordur:  



“Amerika prezidenti Donald Tramp artıq qərarını açıqlayıb və bildirib ki, 2025-ci  ildən İran və Rusiya neftinin maksimum qiyməti bir barel üçün 40 dollardan hesablanacaq. Yəni istənilən bir ölkə Rusiya və İran neftini 40 dollardan baha ala bilməz. Bu qərar nəticə etibarilə neft hasilatı ölkələrində, xüsusilə neft ixrac edən İran və Rusiya üçün ciddi çətinliklər yaradacaq və valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Eyni zamanda neft sənayesinin zəifləməsi ilə nəticələnəcək. Bu baxımdan da İran və Rusiyada həm dizel, həm də benzinin qiymətlərinin daxili bazarda bahalaşması gözlənilən idi. Çünki yarana biləcək zərərin kompensasiya edilməsi üçün daxili bazarda qiymətlərin artırılması gözlənilən bir addım idi. İranda dizelin qiymətinin qalxmasının Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycan özü neft hasil və ixrac edən ölkədir. Eyni zamanda Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə bağlı hər hansı bir embarqo, sanksiya və yaxud da minimum və ya maksimum qiymət həddi tətbiq edilmir. Belə bir beynəlxalq tələb yoxdur. Azərbaycan OPEK Plus anlaşmasına sadiq qalan dövlətlərdən biri olaraq neft hasilatı ilə bağlı 2025-ci  il üçün bağlanmış müqavilələr üzrə neft ixracatını sabit və stabil qaydada davam etdirəcək. Bu baxımdan da İranda baş verən qiymət artımının Azərbaycana hər hansı bir şəkildə təsiri olmayacaq”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri