Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ceyms Bond seriyasının 1981-ci ildə çəkilmiş “For Your Eyes Only” (“Yalnız sənin gözlərin üçün”) filmindəki məşhur təqib səhnəsi ilə yadda qalan “Citroen 2CV” modelinin xüsusi versiyası — 1987-ci il buraxılışı “2CV6 Charleston” İstanbuldakı Rəhmi M. Koç Muzeyinin klassik avtomobil kolleksiyasında nümayiş etdirilir.
Kulis.az xəbər verir ki, ilk dəfə 1948-ci ildə kənd ərazilərində qənaətcil və etibarlı nəqliyyat vasitəsi kimi təqdim olunan "Citroen 2CV" Rocer Murun canlandırdığı Bondun sarı rəngli avtomobillə təhlükəli təqibə qatıldığı səhnə sayəsində kino tarixinə düşüb.
Yeni Bond filminə rejissor Deni Vilnyovun rəhbərlik etməsi ilə bağlı hazırlıqlar fonunda bu modelə maraq yenidən artıb.
1980-ci ildə məhdud sayda seriya kimi buraxılan və 1981-ci ildən müntəzəm istehsal olunan "Charleston" versiyasının muzeydəki tünd qırmızı və qara rəngli 1987-ci il nümunəsi 602 kub santimetr həcmli, ikisilindrli bokser mühərriklə 29 at gücü hasil edir.
Dördpilləli mexaniki sürətlər qutusuna malik avtomobil maksimum 115 km/saat sürət yığa bilir.
Tanınmış aktyor vəfat etdi 23 yaşlı rəssamın qətli ilə bağlı yeni detallar açıqlandı Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 25 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















