Icma.az
close
up
RU
İranda etirazçı gənclər əsasən “Z” nəslinə aiddir AÇIQLAMA

İranda etirazçı gənclər əsasən “Z” nəslinə aiddir AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən kütləvi etirazlar fonunda hakimiyyətin səhvlərini etiraf edərək, gənclərin narazılığının haqlı olduğun söyləyib.
Dövlət başçısı vurğulayıb ki, gənclərin küçələrə çıxması onların qayğılarına lazımi cavab verilməməsinin nəticəsidir və buna görə məsuliyyət birbaşa hakimiyyətin üzərinə düşür.

Gənclərin narazılığı İran cəmiyyətində hansı struktur problemlərə işarə edir? 

Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, İran Prezidenti Məsud Pezeşkian tələbə və gənclərin etiraz aksiyalarındakı haqlı mövqelərini birinci dəfə deyil müdafiə edir və bunu əvvəl də qeyd etmişdi:

"Bu həm etiraz aksiyalarının tələblərini İran hakimiyyətinin etiraf etməsi, həm də həmin tələblərin iqtisadi, maliyyə və sosial sahələrə aid olduğunu göstərir. Digər tərəfdən, hakimiyyət bununla etirazçıların tərəfində olduğunu və yaranmış problemlərin həlli istiqamətində fəaliyyət göstərdiyini nümayiş etdirir. Hökumət etirazçı tələbə və gəncləri sakitləşdirməyə çalışır. Ancaq xəbərlərdə bildirilir ki, etiraz aksiyaları zamanı 200-dən çox tələbə qətlə yetirilib. Bu isə onu göstərir ki, öldürülən tələbələr haqlı olub və onların ölümündə günahkarlar məsuliyyətə cəlb ediləcək".

Politoloq qeyd etdi ki, İranda etirazçı gənclər əsasən “Z” nəslinə aiddir:

"Yəni, müasir dövrün tələblərini irəli sürən gənclərdir; onlar 20-40 il öncəki idarəetmə üsullarını qəbul etmir. Bu gənclər ictimai sərbəstlik, geyim və davranış azadlığı, istirahət, söz və mətbuat azadlığı, düşüncə azadlığı tələb edirlər. Onlar İranın arzularının və istəklərinin “həbsxana”ya çevrilməsini istəmirlər. Hakimiyyət isə zorakı metodlarla ölkəni idarə etməyə çalışır. Beləliklə, köhnəlik – yəni mürtəce anlayış ilə yenilik, müasirlik və çağdaşlıq arasında mübarizə gedir. Bu mübarizə dekabrın 28-dən yanvarın ortalarına qədər İranda baş vermiş hadisələrdə özünü göstərdi. Hadisələr göstərdi ki, yeni İran idarəetmə sistemində struktur problemləri mövcuddur və İran konstitusiyasında yeniliklərin olmasına ehtiyac var. Problemlər hakimiyyətin dövlət idarəetmə sistemindən qaynaqlanır. İranda struktur dəyişiklikləri, islahatlar və əsas qanunun günün tələblərinə uyğunlaşdırılması siyasi-ictimai gündəmin başlıca mövzusudur".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri