Icma.az
close
up
RU
“İranda hər vilayətin özünün bir prezidenti olsun”

“İranda hər vilayətin özünün bir prezidenti olsun”

Azpost saytına istinadən Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian valilərin səlahiyyətlərinin artırılması ilə bağlı ali rəhbərdən icazə alacağını ifadə edib. O, deyib ki, “hər vilayətin özünün bir prezidenti olsun.”

AzPost bildirir ki, Məsud Pezeşkian bu sözləri cümə axşamı günü Buşehr vilayətində ziyalılarla görüş zamanı dilə gətirib.

İran mediasında bu barədə məlumat, eləcə də video-görüntü yayılıb.

“Səlahiyyətlərin valilərə verilməsi üçün İnqilab rəhbərindən icazə alacağıq və bunu hakimiyyətlərin sədrləri ilə söhbət edəcəyik. Hər vilayətin özünə bir prezidenti olsun. Kim deyib ki, mən burada oturanlardan daha üstünəm? Hər vilayət öz fərdlərindən birini bölgənin sədri olaraq [təyin edib] və qərarları koordinasiyalı şəkildə verib, işləri qüdrətlə irəli götürə bilər,” prezident söyləyib.

Pezeşkian Tehranda oturub vilayətlər üçün plan qurmağın düzgün olmadığını vurğulayıb.

“Bu səlahiyyətləri vilayətlərdəki o şəxslərə versək, onlar yolunu taparlar. Mən Tehranda oturub buraya plan qurum, bu, olarmı? Burada oturan bura ilə bağlı plan qurmağı məndən daha yaxşı bilir. Biz onlara fürsət verməliyik. Amma, bu, elə ümumi siyasətlər və [dövlət] proqramının əsasında olmalıdır. Yəni ki, əsas siyasətlər yönündə ancaq, plan qurma və əməliyyat vilayətin səlahiyyətində olsun. Elə olmamalıdır ki, xan-xanlıq olsun və hər kəs istədiyini etsin,” -İran prezidenti Məsud Pezeşkian əlavə edib.

Prezidentin sözləri İran siyasi mühitləri və sosial şəbəkələrdə fərqli reaksiyalara yol açıb. Bəzi iranlı millətçi kəsimlər Pezeşkianın bu fikirlər ilə ölkəni bölünməyə sürüklədiyini yazıblar.

İranlı tanınmış jurnalist və yazar Həngamə Şəhidi öz X hesabında yazıb ki, “Pezeşkianın ən başdan israrla təkrar etdiyi tək ideya mərkəzsizləşdirmə – yəni separatçıların kod adı – və İranın federallaşdırılması, eləcə də vilayətlər və fərqli bölgələrin ölkənin paytaxtı ilə əlaqələrini zəiflətmək ideyası olub.”

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri