İlin ən yaxşı kompakt elektromobili seçildi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyada kompakt elektromobil bazarı akkumulyator texnologiyalarının sürətli inkişafı sayəsində sürətlə böyüyür. 2026-cı ilin ən yaxşı kompakt elektromobili “Volkswagen ID Polo” seçilib.
Modern.az xəbər verir ki, bu barədə müxtəlif markalara məxsus avtomobilləri sınaqdan keçirən “Autocar” nəşrinin ekspertləri məlumat veriblər.
“Volkswagen ID Polo” yüksək yürüş məsafəsi, sürətli enerji yığma imkanı və praktik salonuna görə birinci yerə layiq görülüb.
“ID Polo" yolda dinamikliyi ilə seçilir, həm yerindən hərəkətə başlayarkən, həm də sürət yığarkən yaxşı nəticə göstərir. Bu xüsusiyyət xüsusilə idman rejimində özünü büruzə verir.
Ekspertlərin fikrincə, avtomobil hətta uzun məsafəli səfərlər üçün də uyğundur və daha böyük modellər qədər rahatlıq təmin edir.
Avtomobilin baqajının həcmi 441 litrdir ki, bu da sinfində ən yaxşı göstəricilərdən biridir. Arxa oturacaqlarda yetkin sərnişinlər üçün kifayət qədər yer var. Üç nəfər üçün bir qədər dar olsa da, salon “Renault 5” modelindən daha genişdir.
37 kVt/saatlıq akkumulyatora malik baza versiyası bir enerji yığımı ilə 330 kilometr məsafə qət edə bilir. Ekspertlər xüsusilə 52 kVt/saatlıq batareya ilə təchiz edilmiş modifikasiyanı tövsiyə edirlər. Bu versiya bir enerji yığımı ilə 452 kilometrədək məsafə qət edir və 105 kVt gücündə sürətli enerji yığmanı dəstəkləyir.
Yeni “Volkswagen ID Polo Trend” modelinin Avropada ilkin satış qiyməti təxminən 25 min avrodur.
“Autocar” ekspertlərinin diqqətini çəkən digər kompakt elektromobillər də açıqlanıb:
Volkswagen ID Polo;
Cupra Raval;
Renault 5;
MG 4 EV Urban;
Nissan Micra;
Mini Cooper E/SE;
Ford Puma Gen-E;
Fiat Grande Panda Electric;
Hyundai Inster;
BYD Dolphin Surf.
Qeyd edək ki, daha əvvəl ekspertlər 2026-cı ilin ən yaxşı işlənmiş elektromobili kimi İsveçin “Polestar” markasına məxsus “Polestar 2” modelini seçiblər. 2020-ci ildə təqdim olunan avtomobil lakonik dizaynı, praktik kuzovu, enerji səmərəliliyi və sürüş xüsusiyyətləri ilə populyarlıq qazanıb.
Baxış sayı:73
Bu xəbər 13 Noyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















