“İranda qadın azadlığı və insan hüquqları tələbləri etirazlara yol açır” DEPUTAT
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İranda başlayan etiraz dalğası əsasən İran valyutasının məzənnəsinin xeyli aşağı düşməsi ilə bağlıdır. Digər tərəfdən, ölkədə çox kəskin su problemi mövcuddur, sosial yardımlar və sosial müəssisələrin fəaliyyəti ilə bağlı ciddi problemlər var, həmçinin İranın proksi qüvvələrinin sıradan çıxması nəticəsində baş verən nüfuz tənəzzülü məsələləri gündəmdədir.
Bununla yanaşı, bu hadisələrin xaricdən dəstəklənən istiqamətlərinin olduğu da açıq şəkildə görünür. O baxımdan indiki vəziyyətdə teokratik, despotik rejimin hansısa çöküşünün gündəmə gəlməsi real görünmür”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:
“Bu proseslər daha genişmiqyaslı hadisələrlə müşayiət olunmalıdır. Hazırkı mərhələdə bu etirazların əsas təsiri hakimiyyəti müəyyən islahatlara təşviq etməkdən ibarət ola bilər.
Lakin hakimiyyət daxilində buna yalnız hökumət qanadının maraqlı olduğu görünür. Dini-mühafizəkar qanad isə ümumiyyətlə, məsələlərin daha çox güc yolu ilə həllinin tərəfdarıdır. Onlar yenə də baş verənlərin günahını İsraildə, Amerikada və digər Avropa ölkələrində axtarmaq yolunu seçirlər.
Bu səbəbdən daxildən, öz-özünə hər hansı ciddi islahatların həyata keçirilməsi mümkün görünmür. Yəqin ki, bu prosesdə xarici müdaxilə və ya xarici təsir öz sözünü deyəcək”.
Deputat qeyd edib ki, hazırda proseslərdə daha çox digər etnik ünsürlər ön plana çıxmaqdadır.
“Düşünürəm ki, bu, irancı zehniyyətin türklərin yaxın gələcəkdə hansısa formada müstəqil siyasi xətt yürütməsinə imkan verməyəcəyini göstərir. Bununla belə, ümumilikdə İranın demokratikləşməsi istiqamətində tələblər irəli sürülür.
Qadın azadlığı və insan hüquqlarının digər komponentlərinin təmin olunması əsas tələb kimi ön plana çıxır. Məsələyə ümumi İran hərəkatı kontekstində yanaşmaq daha doğrudur. Sosial etirazlar isə gələcəkdə müəyyən milli proseslərin də formalaşmasına təkan verə bilər”.
Qeyd edək ki, İranda iqtisadi gərginliyə görə kütləvi aksiyalar davam edir.
Ölkədə iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Yayılan məlumatlarda 20 nəfərin öldüyü bildirilmişdir.
Onu da qeyd edək ki, aksiyalarda hüquq-mühafizə orqanı əməkdaşları ilə toqquşmalar baş verir.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















