İranda SOS: 1942 ci ildən bəri ən ağır inflyasiya yaşanır
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda may ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 77,2%-ə yüksəlib.
Bakupost.Az xəbər verir ki, bu barədə statistik məlumatı ölkənin Mərkəzi Bankına istinadən "Associated Press" (AP) agentliyi yayıb.
Aprel ayı ilə müqayisədə isə göstərici 8,5% artıb. Gündəlik tələbat və ümumi istifadə malları seqmentində, o cümlədən dərman preparatları, taksi xidmətləri, tütün məmulatları və rabitə xidmətlərinin qiymətləri illik müqayisədə 113,8% yüksəlib.
İranda inflyasiya sonuncu dəfə daha yüksək səviyyəyə yalnız 1942-ci ildə çatmışdı. "Bamdad" İqtisadi Araşdırmalar İnstitutunun qeyd etdiyi kimi, hazırkı göstəricilər İkinci Dünya müharibəsindən bəri görünməmiş həddədir.
Bildirilir ki, bu vəziyyətin əsas səbəblərindən biri ABŞ və İsrailin zərbələri nəticəsində İranın biznes sektoruna və neft sənayesinə dəyən böyük zərərdir. Əgər 2015-ci ildə bir ABŞ dolları 32 min riala bərabər idisə, hazırda məzənnə 1,7 milyon rialı ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 02 İyun 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















