İranda təbii qaz böhranı: Fabrik və emalatxanalar fəaliyyətini dayandırdı
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranda bir çox sənaye zonaları təbii qaz çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaempənah açıqlama verib.
O, ölkədə təbii qazın olmaması səbəbindən bəzi sənaye bölgələrində fabrik və emalatxanaların fəaliyyətinin dayandığını bildirib: “İnsanlar üşüməsin deyə ölkənin şimalında, şimal-şərqində və şimal-qərbində yerləşən əksər sənaye sahələrini bağlamalı olduq”.
Qaempənah normal hava şəraitində gündəlik təxminən 100 milyon kubmetr enerji kəsiri olduğunu qeyd edib:
“Ölkənin 945 milyon kubmetr təbii qaza olan tələbatının 620 milyon kubmetrdən çoxunu yalnız məişət, ticarət müəssisələri və kiçik sənaye müəssisələri istehlak edir”.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















