Icma.az
close
up
RU
İranda yeni casusluq qanunu Hakimiyyətin edam maşını işə düşür

İranda yeni casusluq qanunu Hakimiyyətin edam maşını işə düşür

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İran parlamenti iyulun əvvəlində yeni və olduqca sərt bir qanun layihəsini qəbul edib. Layihəyə əsasən, casusluq və xarici düşmən ölkələrlə – xüsusilə İsrail və ABŞ-la – hər hansı əlaqə “yer üzündə fitnə-fəsad törətmək” kimi qiymətləndirilir. İran qanunvericiliyinə görə bu ittiham ölüm cəzası ilə nəticələnə bilər.

Hurriyyet.az xəbər verir ki, yeni qanun hüquq müdafiəçiləri və siyasi ekspertlər arasında ciddi narahatlıq doğurub. Sənəddə “casusluq” anlayışı olduqca geniş və qeyri-müəyyən tərif olunduğundan, bu, hakimiyyətə istənilən fəalı, jurnalisti və ya sadəcə fərqli düşüncəli vətəndaşı casusluqda ittiham etməyə və edam etməyə hüquqi zəmin yaradır.

Qanun, İran–İsrail qarşıdurmasının gərginləşdiyi bir dövrdə qəbul olunub. İsrailin “Mossad” xidməti son aylarda İranda bir sıra əməliyyatlar həyata keçirib. Rəsmi Tehran buna cavab olaraq onlarla şəxsi casusluqda ittiham edib, bir neçəsini edam edib, yüzlərlə insanı isə həbsə atıb. Yeni qanun, bu prosesin daha sistematik və hüquqi müstəviyə daşınması kimi qiymətləndirilir.

Qanunda təkcə dövlət sirrini ötürmək deyil, xarici media ilə şəkil və video paylaşmaq, “yalan xəbər yaymaq” və ya “ictimai mənəviyyata zidd məzmun” paylaşmaq da cinayət sayılır. Cəzalar isə uzunmüddətli həbsdən edama qədər dəyişir.

Xüsusi diqqətçəkən məqam “Starlink” peyk internet sisteminə qarşı yönələn müddəalardır. Bu cihazların istifadəsi, saxlanması və satışına görə 6 aydan 2 ilədək həbs cəzası nəzərdə tutulur. Rəsmilər iddia edirlər ki, “Starlink” vasitəsilə İran vətəndaşları xarici kəşfiyyat orqanları ilə gizli əlaqə saxlaya bilərlər.

Tanınmış hüquqşünas Möhsün Borhani bu qanunu “çirkin zarafat” adlandıraraq onun nə hüquqi, nə də dini prinsiplərə uyğun olduğunu bildirib. 

Hüquq müdafiəçilərindən ibarət “Dadban” qrupu isə vurğulayıb ki, bu qanun əvvəllər cinayət sayılmayan əməllərə – məsələn, “düşmən media ilə əməkdaşlıq” və “quruluş əleyhinə təbliğat”a görə belə ölüm cəzasını mümkün edir.

Siyasi analitik Babək Dorbeyki isə hesab edir ki, bu qanun xarici təhlükədən çox, daxildəki bütün fərqli səsləri susturmaq məqsədi daşıyır: “Bu layihə yalnız İslam Respublikasını tənqid edənlər üçün deyil, onu islah etmək istəyən tərəfdarlar üçün də təhlükəlidir”.

Hüquq eksperti Moin Xəzaeli də yeni qanunun cinayət hüququnun əsas prinsiplərinə, şiə hüququna və İran Konstitusiyasına zidd olduğunu qeyd edib.

Hazırda qanun layihəsi hələ İranın Konstitusiyaya nəzarət orqanı olan Keşikçilər Şurasının təsdiqini gözləyir. Lakin Şuranın bu tip layihələri nadir hallarda rədd etməsi nəzərə alınaraq, sənədin qüvvəyə minməsi ehtimalı yüksəkdir.

Hazırkı şəraitdə ölkədə edamların sayı artır və bu qanunun tətbiqi ilə senzura, kütləvi həbslər və repressiya dalğasının daha da güclənəcəyi proqnozlaşdırılır.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri