İrandakı hərbi obyektlərin koordinatları Ermənistandan ötürülüb? VİDEO
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistandakı Avropa müşahidəçiləri İranın hərbi obyektləri barədə informasiyaları Zəngəzurda yerləşdirilmiş amerikalı mütəxəssislərə ötürüb.
"Unikal" xəbər verir ki, bu barədə AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistan ərazisinin İrana qarşı hərbi məqsədlərlə istifadə olunması iddiaları müzakirəsində qeyd olunub.
Verilişin aparıcısı Rövşən Məmmədov bildirib ki, 2024-cü il avqustun 2-də ABŞ-nin Rumıniyadakı hərbi bazasından İrəvandakı “Zvartnots” aeroportuna "Boing-17" tipli iki hərbi-yük təyyarəsi enib. Bu təyyarələrlə birlikdə amerikalı hərbi mütəxəssislər də Ermənistan ərazisinə daxil olub. Məlumata görə, həmin təyyarələrdən birində raket qurğularının atəş nöqtələrini müəyyənləşdirməyə imkan verən xüsusi cihazlar olub. Bu texnologiya İran ərazisindən buraxılan silahların trayektoriyasına real vaxtda nəzarət imkanı yaradır.
Ermənistandakı Avropa müşahidəçiləri – “binokl şou”su ilə tanınan beynəlxalq heyətin – İranın hərbi obyektləri barədə informasiyaları Zəngəzurda yerləşdirilmiş amerikalı mütəxəssislərə ötürüb. Həmin heyətin tərkibində alman, fransız, kanadalı agentlərin və xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















