Icma.az
close
up
RU
İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib FOTO

İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.

Milli.Az xəbər verir ki, konsertdən əvvəl görkəmli bəstəkar və aktyor, professor, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu dünyaşöhrətli dirijorların, orkestrlərin və solistlərin səhnəyə çıxdığı bu tarixi məkanda - filarmoniyada bu gün təşəkkür konsertinin keçirildiyini bildirib.

"Mənə məlumat verildi ki, Çaykovski adına orkestr İranda idi. Orada rus mədəniyyəti günləri keçirildi. Ancaq İranda hadisələr başladı. Təcili olaraq insanları oradan təxliyə etmək lazım idi. Hamının adından Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bizim tərəfdən avtobuslar göndərildi, orkestrin Bakıya gəlməsi üçün əlimizdən gələni etdik. Ona görə də musiqiçilər və orkestrin yeni rəhbəri minnətdarlıq əlaməti olaraq burada çıxış etmək istədilər. Beləliklə, bu konserti təşkil etdilər. Düzü, belə bir anşlaq gözləmirdik, çünki afişalar və elanlar yox idi. Bu, bir daha Azərbaycan ictimaiyyətinin rus mədəniyyətinə, rus musiqisinə olan sevgisindən xəbər verir", - deyə P.Bülbüloğlu qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında bu gün filarmoniyada sevimli və məşhur rus orkestrinin çıxış etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

"Cümə günü Rusiya vətəndaşlarının təxliyəsində kömək üçün Azərbaycan tərəfinə zəng edəndə Prezident İlham Əliyev tərəfindən dərhal bütün qərarlar qəbul edildi və üstəlik, 40 Rusiya vətəndaşı təxliyə edildi. İndi də Azərbaycan tərəfinin dəstəyi sayəsində vətəndaşlar təxliyə olunur. Avtobuslar ayrılır, qadınlar və uşaqlar Bakıda yerləşdirilir. Sabah Moskvaya uçacaqlar. Burada səhnədə olan sənətçilər bu gün səhər saat altıda Bakıya gəliblər. Rusiyaya dəstək göstərdiyi üçün Azərbaycana təşəkkür edirəm", - deyə səfir diqqətə çatdırıb.

Proqramda Pyotr Çaykovski, Sergey Raxmaninov, Reynqold Qliyer kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyun 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri