Icma.az
close
up
RU
Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib

Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 iyun, AZƏRTAC

P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl görkəmli bəstəkar və aktyor, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu dünyaşöhrətli dirijorların, orkestrlərin və solistlərin səhnəyə çıxdığı bu tarixi məkanda – filarmoniyada bu gün təşəkkür konsertinin keçirildiyini bildirib.

“Mənə məlumat verildi ki, Çaykovski adına orkestr İranda idi. Orada rus mədəniyyəti günləri keçirildi. Ancaq İranda hadisələr başladı. Təcili olaraq insanları oradan təxliyə etmək lazım idi. Hamının adından Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bizim tərəfdən avtobuslar göndərildi, orkestrin Bakıya gəlməsi üçün əlimizdən gələni etdik. Ona görə də musiqiçilər və orkestrin yeni rəhbəri minnətdarlıq əlaməti olaraq burada çıxış etmək istədilər. Beləliklə, bu konserti təşkil etdilər. Düzü, belə bir anşlaq gözləmirdik, çünki afişalar və elanlar yox idi. Bu, bir daha Azərbaycan ictimaiyyətinin rus mədəniyyətinə, rus musiqisinə olan sevgisindən xəbər verir", - deyə P.Bülbüloğlu qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında bu gün filarmoniyada sevimli və məşhur rus orkestrinin çıxış etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

"Cümə günü Rusiya vətəndaşlarının təxliyəsində kömək üçün Azərbaycan tərəfinə zəng edəndə Prezident İlham Əliyev tərəfindən dərhal bütün qərarlar qəbul edildi və üstəlik, 40 Rusiya vətəndaşı təxliyə edildi. İndi də Azərbaycan tərəfinin dəstəyi sayəsində vətəndaşlar təxliyə olunur. Avtobuslar ayrılır, qadınlar və uşaqlar Bakıda yerləşdirilir. Sabah Moskvaya uçacaqlar. Burada səhnədə olan sənətçilər bu gün səhər saat altıda Bakıya gəliblər. Rusiyaya dəstək göstərdiyi üçün Azərbaycana təşəkkür edirəm", - deyə səfir diqqətə çatdırıb.

Proqramda Pyotr Çaykovski, Sergey Raxmaninov, Reynqold Qliyer kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri