Icma.az
close
up
RU
İrandan təxliyə olunan Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər FOTO VİDEO YENİLƏNİB2

İrandan təxliyə olunan Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər FOTO VİDEO YENİLƏNİB2

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda Rusiya Federasiyasının tanınmış kollektivlərindən biri – Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçiblər.

APA xəbər verir ki, musiqiçilər İranla İsrail arasında baş verən son gərginlik fonunda İranda yaranan təhlükəsizlik riski səbəbindən təxliyə olunan xarici vətəndaşlar arasında yer alıblar. Onlar İran ərazisində baş tutmalı olan bir sıra mədəni tədbirlərdə iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdilər. Lakin bölgədəki son hadisələr səbəbindən tədbirlər təxirə salınıb və musiqiçilərin təhlükəsiz şəkildə ölkədən çıxarılması qərara alınıb.

Çaykovski adına orkestrin üzvləri Astara sərhəd buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olublar. Hazırda onlar Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilir və Rusiya Federasiyasına dönüşləri üçün logistik tədbirlər həyata keçirilir.

Məlumata görə, musiqiçilər arasında tanınmış dirijorlar, skripkaçılar və digər simfonik musiqi ifaçıları da var. Onların səhhətində hər hansı bir problem qeydə alınmayıb. Məsələ Rusiya və Azərbaycan müvafiq qurumları arasında koordinasiyalı şəkildə həll olunur.

Dirijor, truppa rəhbəri Arsenti Serqeyeviç bunları deyib:

"Şükür Allaha hər şey yaxşı oldu. Rusiya Federasiyasının Tehrandakı səfirliyi, eləcə də İrandakı partnyorlar və Azərbaycan Dövləti sayəsində biz bütün təhlükəsizliyi keçdik və hamımız xoşbəxtik. Buradan həm də Rusiya Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Sakitcə bu təxliyəni keçdikləri üçün kollektivimə təşəkkür edirəm. Azərbaycan xalqına təşəkkür edirik. Buna görə də ayın 16-da Bakıda Filarmoniyada konsertimiz olacaq. Deyə bilərəm təxliyə 2 gün çəkdi indi də 50 nəfər heyətlə Azərbaycandayıq."

Qeyd edək ki, Çaykovski adına Böyük Simfonik Orkestr dünya miqyasında tanınan və zəngin musiqi ənənələrinə malik kollektivdir. Onların Azərbaycan ərazisindən keçərək təhlükəsiz zonaya çatdırılması regional əməkdaşlığın və humanitar dəstəyin nümunəsi kimi qiymətləndirilir.

https://t.me/apa_az/99249

***

00:15

100-dən çox Rusiya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə Azərbaycana keçib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən keçidi davam edir.

220 nəfər Rusiya vətəndaşından ibarət qrupun 100-dən çoxu artıq Azərbaycana gəlib.

Onlardan bir qismi pasport qeydiyyatından keçərək, xüsusi avtobuslar vasitəsilə ünvana yola salınıb.

Qeyd edək ki, bu saatda da sərhəddə təxliyə davam etdirilir.

https://t.me/apa_az/99246

***

21:02

İranda yaşayan və müxtəlif işlərdə çalışan 220 nəfər Rusiya vətəndaşından ibarət olan qrupun Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən Azərbaycana keçidi başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, artıq iyirmiyə yaxın Rusiya vətəndaşı sərhədi keçərək Azərbaycana daxil olub.

Onlar üçün Azərbaycan tərəfindən 2 avtobus ayrılıb ki, bu avtobuslarla onlar birbaşa Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatdırılacaqlar.

Onların təxliyəsi və ünvana çatdırılması üçün bütün lazımı tədbirlər görülüb.

Qeyd edək ki, 2 qrupdan (139-81) ibarət olan Rusiya vətəndaşları uzun müddətdir ki, İran İslam Respublikasında müxtəlif sahələrdə çalışırlar.

https://t.me/apa_az/99223

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 İyun 2025 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri