İrandan daha bir təxribat: Azərbaycanı təhqir edəni Azərbaycanın fəxri adlandırdılar
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İran hökuməti indi də Azərbaycana qarşı təhqirlər səsləndirən hökumət mollasını yerə-göyə sığdırmır.
“Araz News” Teleqram kanalı xəbər verir ki, Ərdəbil Bələdiyyəsi riyakar İradaddım ataraq Ərdəbilin cümə imamı Həsən Amelinin təsviri olan və “Azərbaycanın “fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib.
Bildirilib ki, Ərdəbil şəhər Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu aşağılayıcı addım İran hökumətinin Azərbaycan türk xalqına qarşı açıq-aşkar təhqiridir.
Qeyd olunub ki, İran hökumətinin muzdlusunun və casusunun Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hücumları və dövlət televiziyasında yayımlanan təhqirləri Azərbaycanda və Güney Azərbaycanda sərt reaksiyalara səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hökumət mollasının vəzifəsindən uzaqlaşdırılmasını tələb edib və İran hökumətini üzr istəməyə çağırıb. İran hökuməti isə buna cavab olaraq, hökumət mollasını “Azərbaycanın fəxri” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Yanvar 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















