İrandan “Epşteynin qurbanlarının xatirəsinə” RAKET
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın dövlətə yaxın media qurumlarından biri raketin üzərində diqqət çəkən yazı olan foto yayımlayıb. Fotoda raketin üzərində “Epşteynin qurbanlarının xatirəsinə” ifadəsi yer alır.
Redaktor.az bu barədə İran mediasına istinadla xəbər verir.
Məlumata görə, görüntü İranın Press TV telekanalının sosial şəbəkə hesabında paylaşılıb. Bildirilir ki, sözügedən raket ABŞ–İsrail qüvvələrinin mövqelərinə qarşı istifadə üçün nəzərdə tutulub.
Raketin üzərindəki yazı ABŞ-də qalmaqallı işlərlə gündəmə gəlmiş maliyyəçi Jeffrey Epstein ilə bağlı iddialara işarə edir. Epşteyn uzun illər azyaşlıların cinsi istismarı ilə bağlı ittihamlarla gündəmdə olub və onun fəaliyyəti böyük beynəlxalq qalmaqala səbəb olmuşdu.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İran tərəfi isə bu addımı Epşteyn qalmaqalında zərər çəkənlərin xatirəsinə həsr edildiyini bildirib.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 Mart 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















