İrandan QƏLƏBƏ ELANI “ABŞ bu şərtləri qəbul edib” 10 BƏNDLİK PLAN
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunub. İki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayan ABŞ Prezidenti Donald Tramp İrandan 10 bəndlik təklif aldıqlarını bildirib.
Bizim.Media “Fars” agentliyinə istinadla xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bu razılaşmanı qələbə kimi elan edib.
Bundan əlavə, Şura ABŞ-ın aşağıdakı təkliflərlə razılaşdığını iddia edib:
1. ABŞ, prinsipcə, İrana hücum etməyəcəyinə zəmanət verir;
2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid;
3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi;
4. İrana qarşı ilkin sanksiyaların ləğvi;
5. İrana qarşı ikinci dərəcəli sanksiyaların ləğvi;
6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi;
7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi;
8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi;
9.ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması;
10.Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 08 Aprel 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















