Icma.az
close
up
RU
İranı parçalanmağa qoymayan nədir? Əsas səbəb AÇIQLANDI

İranı parçalanmağa qoymayan nədir? Əsas səbəb AÇIQLANDI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrailin İrana qarşı uzun illərdir davam edən təzyiq siyasətinə baxmayaraq, ölkə daxilində gözlənilən parçalanmanın baş verməməsi müzakirə doğuran çoxqatlı mövzulardan biridir. Bu məsələyə həm siyasi, həm sosial, həm də ideoloji aspektlərdən yanaşmaq olar.

İran uzun illər ərzində çoxqatlı və effektiv təhlükəsizlik sistemi qurub. İnqilab Keşikçiləri Korpusu (SEPAH), kəşfiyyat orqanları və polis strukturları ("Bəsic" və s.) daxili təhlükələrə qarşı çox sərt və operativ reaksiya verir. Bu isə potensial iğtişaşların genişlənməsinin qarşısını erkən mərhələdə alır.
İran çoxmillətli dövlətdir (farslar, azərbaycanlılar, kürdlər, ərəblər, bəluclar və s.). Buna baxmayaraq, dövlət həm inzibati, həm də təhlükəsizlik vasitələri ilə bu müxtəlifliyi nəzarətdə saxlayır və separatizm meyllərinin geniş yayılmasına imkan vermir.
1979-cu il İslam İnqilabından sonra qurulan siyasi sistem təkcə dövlət mexanizmi deyil, həm də ideoloji platformadır. Hakimiyyət öz legitimliyini dini və milli dəyərlər üzərində qurur. Bu, xüsusilə xarici təzyiq dövrlərində cəmiyyətin bir hissəsini hakimiyyət ətrafında birləşdirir.


Son hadisələr bunu bir daha təsdiqlədi. ABŞ və İsrail tərəfindən edilən təzyiqlər – sanksiyalar, kiberhücumlar, informasiya kampaniyaları və ən nahəyət hərbi əməliyyatlar - müharibə paradoksal olaraq İran daxilində parçalanmanı deyil, milli həmrəyliyi gücləndirdi.
Müşahidələr göstərdi ki, İranda xarici düşmən obrazı daxili parçalanmanı zəiflədən psixoloji faktor kimi çıxış edir.
Amma onu da qeyd etmək lazımdır ki, İran daxilində və diasporunda mövcud olan müxalif qüvvələr ideoloji və təşkilati baxımdan vahid deyil. Liberal, monarxist, solçu və etnik əsaslı qruplar arasında ciddi fikir ayrılıqları var. Bu da koordinasiyalı və effektiv daxili hərəkatın formalaşmasına mane olur.
Ümumiyyətlə, İran daxilində parçalanmanın baş verməməsi tək bir səbəblə izah edilə bilməz. Bu, güclü təhlükəsizlik aparatı, ideoloji dayaqlar, xarici təzyiqin yaratdığı milli birlik hissi və müxalifətin zəif koordinasiyası kimi amillərin birgə təsiridir.
Mövzuya münasibət bildirən Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında İranda daxili parçalanmanın baş verməməsini ideologiya ilə əlaqələndirib:
“Dövlətlərin güclü və davamlı olmasında ideologiyanın rolu danılmazdır. İdeologiya təkcə nəzəri çərçivə deyil, eyni zamanda cəmiyyəti birləşdirən, çətin dövrlərdə səfərbər edən və dövlətin uzunmüddətli mövqeyini qoruyan əsas dayaqlardan biridir.

Bu gün İran nümunəsinə baxdıqda görürük ki, uzun illərdir müxtəlif siyasi, iqtisadi və hərbi gərginliklər fonunda fəaliyyət göstərən bir dövlətdir. Bir çox hallarda birbaşa və ya dolayı qarşıdurmaların içində olsa da, daxili parçalanma yaşamadan müəyyən sabitliyi qoruyub saxlaya bilir. Bu isə təsadüfi deyil.

Sual yaranır: bu davamlılığın əsas səbəbi nədir? Cavablardan biri məhz ideologiyadır. İranda formalaşmış ideoloji sistem cəmiyyət daxilində vahid baxış və yanaşma formalaşdırır, fərqli təbəqələri ümumi məqsədlər ətrafında birləşdirir və xüsusilə gərginlik dövrlərində dövlətin arxasında dayanmağı təmin edir”.

C.Məmmədov deyir ki, ideologiya burada sadəcə siyasi alət deyil, eyni zamanda səfərbərlik mexanizmidir.
“Bu mexanizm sayəsində cəmiyyət müəyyən çağırışlar qarşısında daha təşkilatlanmış və dözümlü şəkildə reaksiya verir. Dövlət isə bu birliyə söykənərək öz mövqeyini qorumağa çalışır.

Eyni zamanda ideologiya dövlətin təhlükəsizlik yanaşmasına və xarici siyasət kursuna da təsir edir. Bu, müəyyən hallarda daha sərt və prinsipial mövqelərin ortaya qoyulmasına şərait yaradır və uzunmüddətli strateji xəttin qorunmasına xidmət edir.

Bu da danılmaz faktdır ki, təkcə ideologiya kifayət etmir. Dövlətin real gücü iqtisadiyyat, texnologiya, idarəetmə və sosial rifah kimi amillərlə birlikdə formalaşır. İdeologiya isə bu sistemin birləşdirici və istiqamətverici elementi kimi çıxış edir.

Düşünürəm ki, İran nümunəsi bir daha göstərir: ideologiya düzgün qurulduqda və cəmiyyət tərəfindən qəbul edildikdə, xüsusilə çətin və gərgin dövrlərdə dövlətin davamlılığını və daxili birliyini qoruyan əsas faktorlardan birinə çevrilə bilər”.
Bununla belə, bu sabitlik mütləq və dəyişməz deyil. İqtisadi problemlər, sosial narazılıqlar və nəsil dəyişiklikləri gələcəkdə daxili dinamikanı dəyişə bilər. Yəni proses davam edir və İran cəmiyyətinin gələcək istiqaməti həm daxili, həm də beynəlxalq faktorların qarşılıqlı təsirindən asılı olacaq.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri