Icma.az
close
up
RU
İranı vurmağa hazırlaşırlar

İranı vurmağa hazırlaşırlar

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


ABŞ Yaxın Şərqdəki səfirliklərinə təhlükənin təhlili və şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək əmri verib. Çünki İsrail yaxın günlərdə hətta ABŞ-nın dəstəyi olmadan, İrana qarşı birtərəfli hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirir.
Reyting.az
xəbər verir ki, bunu öz mənbələrinə istinadla “Sky News” nəşri yazıb.
İsrailin planları ABŞ prezidenti Donald Tramp administrasiyasının İranın nüvə proqramının diplomatik həlli ilə bağlı Tehranla danışıqlar aparması barədə məlumatlar fonunda intensivləşib. İsrail isə potensial sazişin bəzi müddəalarını, xüsusən də uranın icazə verilən zənginləşdirilməsini qəbuledilməz sayır.
Hücum ehtimalı Vaşinqtonda narahatlıq yaradır. Buna cavab olaraq, ABŞ bölgədəki İran raketlərinin atış məsafəsində ola biləcək səfirliklərə təhlükənin qiymətləndirilməsinə hazırlaşmağı əmr edib. ABŞ-nın Bağdaddakı səfirliyindən qeyri-vacib işçilərin təxliyəsi də başlayıb, Bəhreyn və Küveytdəki personala isə ölkəni tərk etmək imkanı yaradılıb.
Tramp administrasiyası İsrailin mümkün hərəkətləri ilə bağlı Konqresə hələ rəsmi məlumat verməyib. ABŞ prezidenti müsahibəsində regionda vəziyyətin təhlükəli xarakter aldığını təsdiqləyib: “Onların (İran) nüvə silahı ola bilməz. Biz buna imkan verməyəcəyik”.
Bu arada Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndələri, xüsusilə ABŞ-nın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın Xarici işlər naziri Abbas Əraqçi arasında görüş planlaşdırılır. Onlar sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramı ilə bağlı son təkliflərinə cavabı müzakirə edəcəklər.
İran nüvə proqramının sırf dinc məqsədli olduğunu təkrarlayır və “ABŞ-nın təhdidləri faktları dəyişməyəcək”,- deyir.
Xatırladaq ki, İranın nüvə proqramı 1950-ci illərdə başlayıb və o vaxtdan bəri onun nüvə silahı yarada biləcəyi ilə bağlı beynəlxalq narahatlıqlar artır. 2015-ci ildə İran sanksiyaların aradan qaldırılması müqabilində uranın zənginləşdirilməsini məhdudlaşdırmağa razılaşan aparıcı ölkələrlə saziş bağlayıb. 2018-ci ildə ABŞ bu sazişdən çıxıb və İran tədricən nüvə fəaliyyətini bərpa edib. İran israr edir ki, onun proqramı dinc xarakterlidir, lakin Qərb, xüsusən də İsrail və ABŞ onun hərbi potensialından qorxur.
Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında deyilir ki, İran silah səviyyəsinə yaxın zənginləşdirilmiş böyük miqdarda uran ehtiyatı saxlayıb. Agentlik buna görə də Tehranı kursunu dəyişməyə çağırıb.
Onu da qeyd edək ki, ABŞ İraqdakı səfirliyinin əməkdaşlarını və hərbçilərin ailələrini bölgədən qismən çıxarır. D. Tramp bu tədbiri vəziyyətin gərginləşməsi ilə əlaqələndirib.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri