İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Seyid Müctəba Hüseyni Xamenei ilə İran prezidenti ölkədəki vəziyyəti müzakirə edib
APA-nın Tehran bürosunun məlumatına görə, İranın ali rəhbərinin informasiya portalı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü açıqlayıb.
Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.
Görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin edilməsi, üçüncü məcburi müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki inkişaflar, maliyyə və enerji resurslarının təmin edilməsi və xərclərin – rial, valyuta və enerji üzrə – idarə olunması, həmçinin xarici tərəflərlə iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















