Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

İranın antiAzərbaycan siyasəti iflasa uğrayıb

İranın antiAzərbaycan siyasəti iflasa uğrayıb

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maşallah Rəzmi: “Tehranın əsəbləşməsinin kökündə Suriyadakı məğlubiyyət dayanır”

Kərim Əsğəri: “Amulinin məlum təhqirləri onun fikri deyil, Tehranın proqramıdır”

İranın ölkəmizə qarşı sərt ritorikası Azərbaycanın müstəqil dövlət kimi həzm olunma prosesinin hələ də Tehranda başa çatmaması ilə əlaqədardır. Bununla bağlı İrandan dəfələrlə reflekslər görmüşük.
Ötən il dekabrın 19-da İran rəhbəri Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələrin səsləndirilməsi də bunlardan biridir. Lakin elə o, İran tərəfindən tənqidlərə məruz qalıb. Proses Azərbaycan Prezidenti İlham Əliyevin Amulinin iştirakı ilə 29 dekabrda keçirilən mərasimdə Azərbaycan və Türkiyəyə qarşı işlədilən təhqiramiz ifadələrə görə İran hakimiyyətini tənqid edən açıqlamasından sonra başlayıb.
Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab verib. "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub. Fotoların üzərində "Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!" və "Yaşasın Şam fatehi Ərdoğan rəis!" yazılıb.Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
İanın “Cümhuri İslam” qəzeti Ərdəbildə keçirilən mərasimə və orada səsləndirilən ifadələrə qarşı çıxıb, bunun qonşu ölkələrlə münasibətlərin gərginləşməsinə xidmət etdiyini yazıb:
“Əldə edilən məlumatlar göstərir ki, məsələ Bakı rəsmilərini təhqir etməkdən, siyasi təhqirdən də artıq olub. Burada işlədilən ifadələr əxlaq və ədəb qaydalarına, o cümlədən şəriət qanunlarına da ziddir”.
“Cümhuri İslam” qəzeti Səfəvi-Osmanlı arasında baş verən Çaldıran müharibəsinin üstündən 5 əsr keçdiyini xatırladıb və “Çaldıran şəhidləri” adı altında baş tutan mərasimin lazımsız olduğunu bildirib, bunun başqa məqsədlərə xidmət etdiyinə diqqət çəkib.
Qəzet Həsən Amulinin əyalətin mədəni hadisələri ilə bağlı baş verənlərə cavabdeh olduğunu xatırladıb, onun belə bir tədbir təşkil etməsinin, tədbirdə nalayiq ifadələrin işlədilməsinə göz yummasının başadüşülən olmadığını qeyd edib.
İranın bir sıra digər media qurumları da bu mövqeyi nümayiş etdirib.
Bunun ardınca isə bəzi rəsmilər sosial şəbəkələrdə Amuliyə dəstək kampaniyasına start veriblər. Kampaniyaya SEPAH-a bağlı “Bəsic” (könüllülər ordusu) üzvləri, bir qrup fars millətçisi və bir neçə millət vəkili qoşulub. Təbrizdən İran parlamentinə göndərilən və Azərbaycana qarşı çıxışları ilə tanınan Ruhullah Mütəfəkkir Azad da kampaniyanın önündə gedənlərdəndir.
Ərdəbil əyalətinin İslami Təbliğat Təşkilatı da Həsən Amuliyə dəstək paylaşımı edib, ona və onu cümə imamı təyin edənə uğurlar arzu edib.
Cümə imamına dəstək kampaniyası Güney Azərbaycan şəhərlərində etirazlarla qarşılanıb. Ərdəbilli sosial media istifadəçiləri paylaşımlarında Həsən Amulinin Ərdəbil adından danışmasına, Ərdəbilin onunla tanınmasına görə utandıqlarını yazıblar.
Qeyd edək ki, Həsən Amuliyə dəstək verən millət vəkili Ruhullah Mütəfəkkir Azad İran Prezidenti Məsud Pezeşkianın əleyhdarlarından hesab edilir. O, prezident seçkiləri zamanı mühafizəkar siyasi cərəyana mənsub şəxslərlə eyni cərgədə dayanıb, Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyib.
Buna görə, təbrizlilər ona qarşı bəyanatlar yayıb, onun Təbrizi təmsil etmədiyini, hakimiyyətin mühafizəkar qanadının dəstəyi ilə parlamentə təyin olunduğunu bildiriblər.
Fransada yaşayan Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının həmtəsisçisi Maşallah Rəzmi "Xalq Cəbhəsi"nə deyib ki, İranın antiAzərbaycan təbliğatına başlaması Tehranın Suriyadakı siyasətinin iflasından doğub. O, qeyd edib ki, İran 13 il Suriyada münaqişədə oldu, 6 min fars öldü, 50 milyard dollar xərclənib. Nəhayət, çox biabırçılıqdan oradan kənara atılıb. Orta Şərqdə qüdrətli dövlətlər arasındakı balans Türkiyənin xeyrinə, İranın zərərinə dəyişdi. İranın əsəbləşməsi, ona, buna daş atmasının kökündə bu dayanır: “Özləri də deyirlər, yazırlar ki, Türkiyə Suriyada İranın yerini tutub və orada dayanmayacaq, Qafqazda da İranın təsirini əlindən alacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə Türkiyə İrana böyük zərbə vuracaq. Deyirlər ki, Ərdoğan bu fürsətdən istifadə edib Zəngəzur dəhlizini açmaqla Azərbaycana yardım etsə İran geopolitik sahədə mühasirəyə düşür. İran çalışırdı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrində öz təsir güclərini yaratsın, amma Zəngəzur dəhlizinin açılacağı ilə türk dünyasının birləşməsi Tehranın bu planını alt-üst edir. Ərdəbildə Azərbaycan və Türkiyə Prezidentlərinin təhqir edən Amili heç kimdir, hesaba qoyulan adam deyil. Amma onun kənarında livanlı olduğunu, Livanın "Hizbullah"a bağlılığını, Pasdaranın Qüds şaxəsinin üzvülüyü təhlükəsi var. Amulini Ərdəbilə molla təyin ediblər ki, türk dilindən istifadə edib Şimali Azərbaycanda yaşayanlar arasında fitnə yaratsın. Amulinin hədyanlar Livanda, Suriyada."Hizbullah"ın məğlubiyyəti ilə bağlıdır. İran Suriyada məğlubiyyətini həzm edə bilmir, İranda bu məğlubiyyəti Çaldıran döyüşü ilə müqayisə edirlər. Deyirlər ki, 1514-cü ildə Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində necə qələbə qazanıblarsa, Suriyada da Ərdoğan Xamenei üzərində elə qələbə qazanıb.
Mən Pezeşkianı 46 ildir tanıyıram., onun fəaliyyəti ilə bağlı çox yazı yazmışam, həm Azərbaycan, həm İran mətbuatında dərc olunub. Pezeşkian İranı böhrandan çıxarmaq üçün gəlib, lakin onun bu sahədə heç bir proqramı yoxdur. Türk ölkələri ilə münasibət qurmaq, müstəqil siyasət aparmağa səlahiyyəti və gücü yoxdur”.
Türkiyədə yaşayan güneyli siyasi şərhçi Kərim Əsğəri isə deyib ki, İranın Azərbaycana qarşı düşmənçiliyi fərqli tribunalardan səsləndirilir. Bunun da əsasında Cənubi Azərbaycan məsələsi dayanır: “Bu gün İran müstəqil Azərbaycanın güclənməsindən, bütövləşəcəyindən ehtiyat edir, axı Azərbaycanın torpağının çox hissəsi İrandadır. İran bundan qorxur. Sovetlər birliyi dağılandan sonra İran Şimali Azərbaycanı hər zaman özünə təhdid olaraq görüb. Amulinin çıxışlarının arxasında həmin bu qorxu var. Amuli İranın birinci şəxsi Xamenei tərəfindən ora təyin edilib. İranın vilayətlərində fəaliyyət göstərən ayətullahlar, dini liderlərin namaz cümlələrində danışdıqları söhbətlər bir həftə öncə Tehranda hazırlanır. Amulinin məlum təhqirləri onun fikri deyil, Tehranın proqramıdır. Amulinin yerinə gələn başqaları da eyni siyasəti həyata keçirəcəklər. Azərbaycan nə qədər desə də mənim İran ərazisində gözüm yoxdur, Tehran bunu qəbul etmək istəmir. İranda azərbaycanlıların sayı digər millətlər kimi az olsaydı, o zaman bu düşmənçilik olmazdı. Nə qədər ki, Cənubi Azərbaycan faktoru vat, İranın Azərbaycana qarşı düşmənçilik siyasəti davam edəcək. Azərbaycana qarşı düşmənçilik siyasəti Amulinin ağzı ilə deyil, əməldə də göstərilib. İran həmişə işğalçı Ermənistanı dəstəkləyib, şükürlər olsun Qarabağ tam azad olunsa da Tehran hərdən Azərbaycana diş qıcayır”.
Siyasi şərhçi Əkrəm Bəydəmirlinin fikrincə, İranda prezident seçkilərində islahatçı Məsud Pezeşkianın qalıb gəlməsi geniş ictimaiyyətdə, beynəlxalq aləmdə müsbət əhval-ruhiyyə yaratmışdı. Təbii ki, cəmiyyət hər zaman yeniliyə, həyat şəraitinin yaxşılaşmasına can atır. Ona görə, İranda islahatçı qanadın qalib gəlməsi, xüsusilə yeni prezidentin türk olması müsbət tendensiyanı gücləndirmişdi. Amma son dövrlər adıçəkilən ölkənin mühafizəkar qanadının Anti-Azərbaycan, antitürk çıxışları Prezident Məsud Pezeşkiana olan ümidləri kölgədə qoyur.

O, qeyd edib ki, bir zamanlar bizdə ümid yaranmışdı ki, prezident Məsud Pezeşkian türk olaraq güclənən Türk dünyası ilə səmimi əməkdaşlığa, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. İranda yaşayan 40 milyona yaxın azərbaycanlının öz dillərində təhsil hüquqlarının təmin edilməsinə nail olacaq. Çünki böyük bir əhalinin öz ana dilində təhsil alması tarixi nailiyyət olar. Digər tərəfdən prezident Məsud Pezeşkian Azərbaycan və Türkiyə vasitəsilə nəhəng tranzit layihələrə qoşulmaq şansını dəyərləndirməklə İranı çox ağır iqtisadi böhrandan xilas etmiş ola bilərdi:
"Reallıq başqa mənzərəni ortalığa çıxarır. Bu da ondan ibarətdir ki, prezident Məsud Pezeşkianın islahatçı ideyalarını gerçəyə çevirmək mühafizəkar rejimin marağında deyil. Bütün bunlar onu göstərir ki, İran siyasətində işıqlı nöqtələri söndürməyə çalışırlar. Mühafizəkar qanadın davranışı onu göstərir ki, bu ölkənin hədəflərində inkişaf, islahat, Azərbaycanla normal qonşuluq yaratmaq istəyi deyil.
Təəssüf ki, həmin qüvvələr nəinki Azərbaycanın inkişafını, hətta mövcudluğunu qəbul edə bilmirlər. İranın Ermənistandakı ermənibaş səfirinin, əyalət mollasının və digərlərinin Anti-Azərbaycan çıxışları bitmir.
Onu da qeyd etmək lazımdır ki, dünyada geosiyasi proseslər sürətlə dəyişir. ABŞ-ın yeni prezidenti Donald Trampın taxta çıxması bu tendensiyanı daha da gücləndirəcək. Regionda baş verə biləcək təhlükəli proseslərdən İranın qurtulub və yaxud qurtulmayacağını isə demək çətindir".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Yanvar 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see300

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see274

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see267

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see267

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see266

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see248

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see247

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see245

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see244

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see241

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see239

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see234

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see220

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see214

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see204

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see189

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see188

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see187

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see171

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri