Icma.az
close
up
RU
PUTİN 3 MƏSƏLƏDƏ “DİRƏŞİB” “Rusiya Donetskin qalan ərazisini 1 ildən tez işğal edə bilməyəcək”

PUTİN 3 MƏSƏLƏDƏ “DİRƏŞİB” “Rusiya Donetskin qalan ərazisini 1 ildən tez işğal edə bilməyəcək”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya ordusu Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Ukraynada ən azı daha bir il də döyüşməlidir.

“AzPolitika” xəbər verir ki, BBC-nin məlumatına görə, bunu NATO-nun adı çəkilməyən yüksək vəzifəli rəsmisi bildirib.

Mənbə deyib ki, "Ən azı bir il müddətində rusların Donetsk vilayətinin qalan hissəsini ələ keçirməsi real olaraq mümkün deyil”. Bu proqnoz Rusiyanın hazırkı irəliləmə sürətinə əsaslanır. Xüsusilə, 95 faizi Rusiya ordusunun nəzarətində olduğu iddia edilən Pokrovskda işğalçılar gündə orta hesabla cəmi 120 metr irəliləyir.

NATO hesab edir ki, artan maliyyə yükünə baxmayaraq, Rusiya 2027-ci ilə qədər hazırkı templə döyüş əməliyyatlarını davam etdirə bilər. Lakin Rusiya ordusu döyüş meydanında ağır itkilər verir - NATO-nun hesablamalarına görə, hər gün təxminən 1100 şəxsi heyət itirilir, ölən və yaralananların ümumi sayı isə hazırda 1,15 milyona yaxınlaşır. BBC-nin NATO-dakı mənbəsi əlavə edib ki, "Putinin sülh prosesində ciddi şəkildə maraqlı olduğuna və ya Ukraynada sülhə gətirib çıxara biləcək hər hansı güzəştə hazır olduğuna dair heç bir əlamət yoxdur".

Putin daha əvvəl demişdi ki, Rusiya Ukraynadakı hərbi əməliyyatları yalnız Ukrayna ordusu işğal olunmamış ərazilərdən geri çəkildiyi təqdirdə dayandıracaq.

Məlum olduğu kimi, ötən gün Putin Trampın elçilərilə danışıqlar aparıb. “NBC News” mənbələrinin məlumatına görə, Putin 3 məsələ - Donbas məsələsi, Ukrayna Silahlı Qüvvələrinin məhdudlaşdırılması və işğal olunmuş ərazilərin beynəlxalq səviyyədə tanınması ilə bağlı güzəştə getməkdən imtina edib.

İrəliləyiş olmadan başa çatan Moskva danışıqlarından sonra ABŞ Dövlət Katibi Marko Rubio əsas mübahisəli məqamın Donbas ərazisinin 20%-nin Kiyevin nəzarəti altında qalması olduğunu bildirib. Rubio deyib: "Bu, təxminən 30-50 kilometrlik bir ərazidir". O əlavə edib ki, Rusiya tərəfində müharibəni yalnız Putin bitirə bilər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri