Icma.az
close
up
RU
Əlaəddin Borucerdi: Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizlik baxımından əhəmiyyətli addımdır

Əlaəddin Borucerdi: Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizlik baxımından əhəmiyyətli addımdır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 aprel, AZƏRTAC

İranın 14-cü hökumətinin siyasətinin əsas prioritetlərindən biri yaxın qonşularla münasibətləri inkişaf etdirməkdən ibarətdir. Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan əhəmiyyətli addımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurasının (Parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi yerli mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, qonşularla siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirmək İranın xarici siyasət kursunun əsasını təşkil edir. “Bu baxımdan Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri dövlət üçün mühümdür və qarşılıqlı faydalı əlaqələrin inkişafına əsaslı töhfə verəcək”, - deyən İran parlamentinin üzvü vurğulayıb ki, ölkə Prezidentinin Azərbaycana səfəri İran-Azərbaycan münasibətlərinin bərpası yolunun davamıdır.

Prezident Məsud Pezeşkianın Azərbaycana səfərinin faydalı olacağına əminliyini bildirən Ə.Borucerdi deyib: “Çətin anlarda qonşular problemlərin həllində yaxından kömək göstərərək dostluq nümayiş etdirirlər. Hərtərəfli əməkdaşlıq əlaqələri regionda təhlükəsizliyin dayanıqlı olmasını təmin edir”.

İran parlamentinin Loristan vilayətindən deputatı Əlaəddin Borucerdi qeyd edib ki, İran və Azərbaycan regionda terrorçuluğa və beynəlxalq cinayətkarlığa qarşı birgə, təsirli mübarizə aparmaq potensialına malikdirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see327

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see206

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see157

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see143

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see142

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see131

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see129

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri