İranın “boğaz kartı”: Hegemoniyanın sonu Hörmüzdən başlayır?
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hörmüz boğazında söz sahibi İrandır və oradan ancaq İranın icazə verdiyi gəmilər keçir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, digər ölkələr isə boğazdan keçərkən pul ödəyirlər:
“ABŞ-ni də qıcıqladıran məhz budur. Hərbi hava hücumları kontekstində ABŞ və İsrailin tam üstünlüyü var. Ancaq bu üstünlük Hörmüz boğazının indiki vəziyyəti ilə tərs mütənasibdir. Çünki Hörmüz boğazı dünyanın önəmli arteriyalarından biridir və bu boğazın bağlanması ABŞ-ni çox çətin vəziyyətə salır. Çünki eskalasiyanı sanki İran idarə edir”.
Müsahibimiz qeyd edib ki, İrana böyük zərbələr vurulsa da, Hörmüz boğazına nəzarət Tehranda olduğundan, ABŞ tərəfindən atılan addımlar İranı geri çəkilməyə məcbur edə bilmir. Onun dediyinə görə, əgər sabah ABŞ desə ki, müharibədən çıxır, çünki qalib gəlib, heç kim bunu belə qəbul etməyəcək:
“Bu, ABŞ-nin məğlubiyyəti olacaq. Ona görə ki, Hörmüz boğazında yeni rejim formalaşacaq və vəziyyət əvvəlki kimi olmayacaq. Bu da ABŞ-nin bir hegemon kimi sonu deməkdir”.

Tural Gəncəliyev: Hörmüz boğazı açılmasa, bu, ABŞ-nin məğlubiyyəti deməkdir
Deputata görə, Vaşinqtona böyük bir sillə odur ki, ölkələr Çin valyutası ilə ödəniş etməklə gəmilər oradan keçirlər:
“Bunun arxasında Çinin geostrateji və geosiyasi iradəsini görürük. O baxımdan, Hörmüz boğazı açılmasa, bu, ABŞ-nin məğlubiyyəti deməkdir. İran ABŞ-nin quru əməliyyatına başlamasını səbirsizliklə gözləyir. Çünki İranın hava hücumundan müdafiə sistemi tamamilə məhv edilib. O səbəbdən ümid edirlər ki, bəlkə amerikalılar nəhayət quru əməliyyatlarına başlasınlar. ABŞ-nin də oynaya biləcəyi oyunu, kartı qalmayıb. Ancaq ABŞ-nin geosiyasi və hərbi baxımdan İranda quru əməliyytına başlaması məntiqsiz görünür”.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 Aprel 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















