Icma.az
close
up
RU
İranın hazırkı sakit mövqeyi bununla əlaqəlidir Əsədiz Suriya necə qurulacaq?

İranın hazırkı sakit mövqeyi bununla əlaqəlidir Əsədiz Suriya necə qurulacaq?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Suriya prezidenti Bəşər Əsəd yalnız öz xalqı üçün deyil, həm də bütün Yaxın Şərq və dünya üçün ciddi təhlükə mənbəyi idi. O, Suriyanı terror ocağına çevirmişdi. ASALA, PKK, PYD, Hizbullah və bu kimi təşkilatlar bölgədə təlim keçir və  bunun müqabilinə Əsəd rejimini maliyyələşdirirdilər. İran Suriyanı hərbi təlim poliqonuna çevirmişdi”

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Siyasi şərhçi qeyd edib ki, Suriya bəlkə də İordaniya, Misir və Səudiyyə Ərəbistanı kimi İsraillə də dil tapıb sülhə gələ bilərdi, lakin İran buna imkan vermirdi:

“Bu gün dünyada  müsəlmanlara qarşı səlib yürüşü davam edir. Qərb bunu başqa adlar altında həyata keçirir. İsrailin Qəzzadakı son qətliamları və işğalından sonra mütləq diqqəti yayındırıb ərəblərə qələbə bəxş etmək lazım idi ki, balans tam pozulmasın. Eyni zamanda, bu İsrailin də xeyrinədir. Çünki Əsəd rejimi vasitəsi ilə İran Hizbullaha silah yardımı edir, digər terror təşkilatlarını maliyyələşdirirdi.

Əsəd ailəsi ümumiyyətlə müsəlman deyildi, onlar 800 il əvvəl İslamdan ayrılıb müstəqil din halını almış Nusayri dininə mənsubdur. Müsəlmanlara qarşı misli görünməmiş qəddarlıq və işgəncələr törətməsi də İranın diqtəsi ilə baş vermişdi. İran ilə ABŞ razılaşıb ki, İran nüvə proqramına davam edəcək, ancaq Hizbullah liderlərinin kordinatlarını təqdim edəcək. Belə də oldu, İsrailə təqdim olunan kimi hamısını aradan götürdülər. Razılaşmaya görə, İran Suriya rejiminə hərbi dəstək verməyəcək, həmçinin Rusiyaya PUA -lar verməyəcək. Bu da təsdiqini tapdı, Əsədə dəstək göstərilmədi, rejim çökdü. Bir sözlə İran ABŞ ilə alver etdi”.

Siyasi şərhçinin sözlərinə görə, Hizbullah lideri Həsən Nəsrullahın faktiki satılması barədə Livan İslam Şurasının sədri ölümündən bir neçə gün öncə məlumat verərək ona vəsiyyətini yazmasını tövsiyyə etmişdi. İranın hazırkı sakit mövqeyi bununla əlaqəlidir:

“2014-cü ildə İranın xarici işlər naziri bildirmişdi ki, Əsəd rejiminin qalması İsrailin xeyrinədir. Onun devrilməsi İsrailin zərərinədir. Yəni, İran və İsrail müsəlman dünyası üzərindən siyasi alver edirlər.

Müəyyən mənada hazırki durumu Suriya xalqının qələbəsi saymaq olar. Burada Türkiyənin əvəzsiz rolu var. Keçmiş Osmanlı ərazilərinin İran və digər təhlükə mənbələrinin təsirindən xilas etmək regional problemlərin həllinə gətirib çıxara bilər.

Suriyada stabil vəziyyətin başlaması üçün PKK/YPG zərərsizləşməlidir. Onları da dəstəkləyən İsraildir. Suriyada indiki hakimiyyətə təhlükə yaratmaması İsraillə Türkiyə arasında münasibətlərin gedişatına bağlıdır.

İstər İsrail, istər Suriya, istərsə də bölgədəki digər dövlətlər 600 il Osmanlı ərazisi olub. Odur ki, Türkiyənin bu prosseslərə müdaxiləsi və aparıcı rol alması vacibdir.

İrançı Suriya rejimi bütün məscidləri dağıdıb, ziyarətgahları terror yuvasına-ideoloji mərkəzə çevirmişdı və İslam dünyası üçün təhlükə yaratmışdı.

Suriyada Türkiyənin dəstəyi ilə normal hakimiyyət qurulacaq və regional əməkdaşlıq məsələləri zamanla sabitləşəcək. Bir şərtlə ki, İran və ABŞ-ın barmağı olmasın. Rusiya ilə Türkiyə dil tapıb ortaq məxrəcə gələ bilir. Lakin İranın məzhəbçilik ideoloji xətti müsəlman aləmini terrora bürüyür və vəhdəti pozur ki, nəticədə İsrailin təhrik olunmasına gətirib çıxarır. 

Ancaq normal hakimiyyət və normal dövlət olduğu halda bir çox məsələləri masa arxasında həll etmək mümkündür”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri