Icma.az
close
up
RU
İranın nüvə silahından imtina məsələsi beynəlxalq güc balansı və milli təhlükəsizlik maraqları ilə əlaqəlidir

İranın nüvə silahından imtina məsələsi beynəlxalq güc balansı və milli təhlükəsizlik maraqları ilə əlaqəlidir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran mayın 16-da İstanbulda Böyük Britaniya, Fransa və Almaniya ilə nüvə danışıqları aparacaq E3 kimi tanınan İranla nüvə sazişinin Avropa tərəfləri, Böyük Britaniya, Fransa və Almaniyanın mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə məsələsi ilə bağlı görüşəcəyi bildirilib. Tehrandan yayımlanan “İrannuances” xəbər saytının verdiyi məlumata görə, İranla 2015-ci ildə E3 kimi tanınan nüvə sazişinin Avropa tərəfləri İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsləhətləşmələr aparmaq üçün mayın 16-da İstanbulda bir araya gələcəklər. İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqları prosesi davam edərkən, tərəflər danışıqların müsbət olduğunu açıqlayıb. Danışıqlarda İran ABŞ-ın birtərəfli sanksiyalarının ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirib. Avropa ölkələri danışıqlara daxil edilmir. E3 və İran arasında mayın 2-də Romada görüşü planlaşdırılıb, lakin ABŞ və İran arasında danışıqlar təxirə salındıqdan sonra ləğv edilib.

İran Avropa ölkələrinin Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci ildə imzalanmış nüvə sazişi ilə ləğv edilmiş sanksiyalarının bərpasına gətirib çıxara biləcək qondarma "tətik mexanizmi"ndən istifadə etməsindən narahatdır. Sözügedən mexanizm oktyabrın 18-də başa çatır. İranın nüvə proqramı ilə bağlı həll yolu tapılmasa, bu mexanizmin Avropa ölkələrinə verilən tarixdən əvvəl işə salınması nəzərdə tutulur.

İranın xarici işlər naziri Abbas Erakçi mayın 11-də Fransanın “Le Point” qəzetində dərc olunan məqaləsində “tətik mexanizmindən sui-istifadənin nəticələrinin olacağını” ifadə edərək, “Bu vəziyyət təkcə Avropanın sazişdəki rolunun sona çatması deyil, həm də geri dönməz hala gələ biləcək gərginliyin artması anlamına gələ bilər” deyib. İranın nüvə proqramı və bu sahədəki diplomatik danışıqlar çox mürəkkəb və çoxsahəli məsələdir. 16 mayda İstanbulda keçiriləcək görüş İran ilə E3 ölkələri arasında nüvə məsələlərinə dair yenilənmiş müzakirələrin davamını təşkil edir. Bu danışıqlar xüsusilə 2015-ci ildəki nüvə sazişinin (JCPOA) ardından bölgədəki dəyişikliklər və müasir gərginliklər fonunda daha da əhəmiyyət qazanır.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nüvə silahından imtina edib-etməyəcəyi məsələsi əsasən beynəlxalq güc balansları və İranın öz milli təhlükəsizlik maraqları ilə əlaqəlidir.

Tural İsmayılov

“İran rəhbərliyi bu məsələdə əsasən iki mövqeyə əsaslanır: birincisi, İranın nüvə silahları əldə etməsi öz gücünü artırar, regionda dominant rol oynaya bilər; ikincisi nüvə proqramı ilə bağlı beynəlxalq təzyiqlərə qarşı möhkəm dayanmağa davam edərək bu addımı iqtisadi və diplomatik mülahizələrlə bağlayır”-deyə Tural İsmayılov qeyd edib ki, bu nöqtədə Türkiyənin rolu önəmli bir faktordur.

“Türkiyə həm NATO üzvü, həm də Yaxın Şərqdəki strateji mövqeyi ilə regional güclər arasında mühüm bir vasitəçi kimi çıxış edə bilər. Ankaranın özünü neytral bir vasitəçi kimi təqdim edəcəyini görmək maraqlı olacaq. Türk diplomatiyası bu danışıqlarda həm regiondakı sabitliyi qorumağa çalışaraq, həm də İranın təhlükəsizlik narahatlıqlarını anlayışla qarşılayaraq konstruktiv təkliflər irəli sürə bilər”-deyən politoloqun fikrincə, İranın nüvə silahlarından imtina etməsi yalnız beynəlxalq təzyiqlərlə mümkün olmaya bilər.

“İranın daha çox nüvə proqramını beynəlxalq nəzarət altında inkişaf etdirməsi və müasir texnoloji yenilikləri silah məqsədli olmayan şəkildə istifadə etməsi mümkündür. Bu yanaşma həm İranın milli maraqlarını təmin edər, həm də beynəlxalq təzyiqləri azaldar. Bununla belə, Tehran üçün nüvə proqramının saxlanması özünün gücünü nümayiş etdirmək və güclü müstəqil dövlət olaraq qalmaq anlamına gəlir. Bu səbəbdən, İranın nüvə silahlarından imtina etməsi böyük ehtimalla bir neçə mərhələdən ibarət və kompleks bir prosesin nəticəsi olacaq: Bu prosesin həm daxili, həm də xarici faktorlardan asılı olacağına şübhə yoxdur. Beynəlxalq müstəvidə hər hansı bir ciddi irəliləyişə gəldikdə, Türkiyə daha böyük diplomatik səy göstərərək bu müzakirələrin daha sağlam və sabit bir çərçivəyə oturmasına dəstək verə bilər.

İranın nüvə silahlarından imtina edib-etməyəcəyini proqnozlaşdırmaq çətindir. Hazırda görünən odur ki, danışıqlar daha çox nüvə proqramının beynəlxalq nəzarət altında inkişaf etdirilməsi və İranın tələbləri ilə beynəlxalq cəmiyyətin tələbləri arasında balans yaradılması məqsədini güdür”-deyə Tural İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 May 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see127

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see119

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri