Ermənistan müxalifətinin aktivliyi Azərbaycanla əlaqəlidir
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistanda müxalifətin aktivləşməsi ciddi dərəcədə hiss olunur. Düşünürəm ki, bunun Azərbaycanla əlaqəsi var".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirdi.
"Çünki Bakıda keçirilən separatçıların məhkəmə prosesi həm keçmiş cinayətkar hakimiyyəti, həm də Vətən müharibəsi dönəmində cinayət törətmiş indiki hakimiyyəti zərbələr altına qoyur. O cümlədən açıqlanan faktlar bu iki anti-qüvvələrin bir-birinə qarşı mübarizə aparmasına da ciddi arqumentlər yaradır. Bakıdan səslənmiş hər bir fikir Ermənistan daxilində xaosa səbəb olur. Mən elə hesab edirəm ki, bu arqumentlər əsasında ya iqtidar onlara qarşı güclü bir həmlə həyata keçirəcək, ya da əksinə. Müxalifət özünü reabilitasiya edib, revanş almağa çalışacaq", - deyə o qeyd etdi.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Fevral 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















