Icma.az
close
up
RU
İranın nüvə proqramına ABŞ yaşıl işıq yandırmayacaq

İranın nüvə proqramına ABŞ yaşıl işıq yandırmayacaq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Radikal şiə din xadimi tərəfindən idarə olunan nüvə silahlı İran təkcə İsrail və ABŞ üçün deyil, bütün dünya üçün qəbuledilməz risktir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, ABŞ-nin Prezidenti Donald Tramp və Avropa müttəfiqləri İran siyasətini dəyişənədək ona maksimum təzyiq göstərməyə davam edəcəklər.

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev da hesab edir ki, İranın nüvə proqramına ABŞ "yaşıl işıq" yandırmayacaq:

"Bundan əvvəl də İsrailin hücumlarının məlum olduğu qədərilə, ABŞ tərəfindən ən azı koordinasiya olunduğu və ya ABŞ-nin bu barədə xəbərdar olduğu ehtimal edilirdi. Ən azından Tramp bununla bağlı məlumata sahib olduğunu bildirmişdi. Daha sonra B-2 bombardmançıları ilə həmin nüvə obyektlərinin vurulması göstərdi ki, ABŞ bu məsələdə ciddidir. Bundan sonra dəfələrlə xəbərdarlıq edildi ki, heç bir halda İrana nüvə proqramını davam etdirməyə və inkişaf etdirməyə icazə verilməyəcək. İndiki baş verənlər də bir daha nümayiş etdirir ki, ABŞ bu məsələdə qərarlıdır və İranın nüvə proqramının inkişafına imkan vermək niyyətində deyil. Hətta mümkündür ki, İranın raket proqramını inkişaf etdirməsi ilə bağlı da müxtəlif versiyalara hazırlaşsınlar. İstənilən halda, ilkin mərhələdə böyükmiqyaslı müharibə ehtimalı görünmür".

Politoloq əlavə etdi ki, İran artıq bir dəfə "yoxlanıldı" və məlum oldu ki, ölkənin hava hücumundan müdafiə sahəsində ciddi boşluqlar mövcuddur:

"Bu səbəbdən mümkündür ki, gələcəkdə İrana qarşı növbəti preventiv tədbirlər həyata keçirilsin, hücumlar baş versin. Bundan başqa, İran daxilində də əvvəllər olduğu kimi İsrailin əli ilə təxribat xarakterli tədbirlər, nüvə mütəxəssislərinin öldürülməsi, nüvə obyektlərinə hücumlar, kiberhücumlar, enerji infrastrukturuna zərbələr və s. baş verə bilər. Görünən odur ki, bu məsələdə İsraillə ABŞ-nin mövqeləri üst-üstə düşür. Rubionun da bu prosesə qoşulması bir daha nümayiş etdirir ki, ABŞ heç bir halda İranın nüvə proqramına göz yummaq fikrində deyil", - deyə Turab Rzayev qeyd etdi.

Xədicə BAXIŞLI
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri