Icma.az
close
up
RU
Uranın zənginləşdirilməsindən imtina edərsə, ABŞ İranın mülki nüvə proqramına yaşıl işıq yandıracaq

Uranın zənginləşdirilməsindən imtina edərsə, ABŞ İranın mülki nüvə proqramına yaşıl işıq yandıracaq

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio deyib ki, İran uranın zənginləşdirilməsindən imtina edəcəyi təqdirdə mülki nüvə proqramına malik ola bilər.

Bizimyol.info xəbər verir ki, bunu Rubio “The Free Press”ə İranla nüvə danışıqları barədə açıqlamasında qeyd edib.

“Əgər İran mülki nüvə proqramı istəyirsə, bir çox ölkələr kimi zənginləşdirilmiş material idxal etməklə bunu edə bilər”, - deyə Rubio bildirib.

Rubio deyib ki, İran uranın zənginləşdirilməsində israr etsə, bu, dünyada nüvə silahı proqramı olmayan, lakin zənginləşdirmə ilə məşğul olan yeganə ölkə olacaq ki, bu da “problemli” vəziyyət yarada bilər.

Rubio həmçinin ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə imzalanan 2015-ci il nüvə sazişini tənqid edərək, bu müqavilənin İrana “daimi güzəştlər” təklif etdiyini, bunun müqabilində isə yalnız “müvəqqəti öhdəliklərin” alındığını iddia edib.

Rubio deyib ki, prezident Donald Tramp administrasiyası müharibə istəmir: “Prezident müharibəyə başlamaq vədləri ilə kampaniya aparmadı. Hərbi gücə müraciət etməkdənsə, danışıqlar yolu ilə həllə üstünlük verilir”, - deyib.

ABŞ-ın bölgəyə mümkün hərbi müdaxiləsinin daha geniş bir münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edən Rubio, münasibətlərdə diplomatiyanın əsas yol olduğunu təkrarlayıb. “Əgər sülh şansı olarsa, biz bu fürsətdən maksimum istifadə edəcəyik. Biz İranla hər hansı razılaşma əldə etməkdən hələ çox uzaqdayıq”, - deyə Rubio bildirib.

Rubio: “Sülhü yaratmaq çox vaxt çətin olur, lakin biz hamı üçün məqbul olan sülh yolu ilə nəticə əldə etmək əzmindəyik”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri