Icma.az
close
up
RU
İranın paytaxtı köçürülür: Tehranı rahatsız edən əsas səbəb bəlli oldu

İranın paytaxtı köçürülür: Tehranı rahatsız edən əsas səbəb bəlli oldu

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İran paytaxtının Tehrandan köçürülməsi ilə bağlı söhbətlər yeni deyil. Sadəcə olaraq Məsud Pezeşkian prezident seçiləndən sonra bu məsələ yenidən gündəmə gəlib".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. 

Onun sözlərinə görə, bu dəfə ideya reallaşa və yaxın gələcəkdə paytaxt İranın başqa şəhərinə köçürülə bilər:

"İran paytaxtının Tehrandan köçürülməsi ideyası bir neçə səbəbdən ortaya gəlib. Əvvəla, İranın iri şəhərlərində ekoloji çirklənmə normadan artıqdır. İran Meteorologiya Təşkilatının bu günlərdə yaydığı məlumata görə, atmosfer kirlənməsi ilə əlaqədar İsfahan, Təbriz, Kərəc, Əhvaz və Məşhəd şəhərləri üçün narıncı həyəcan siqnalı verilib.

Tehran hava çirkliliyinə görə ön sırada yer alır. Hava çirkliliyi ən əvvəl insan sağlamlığına zərərdir və əhalisinin sayı milyonu ötən şəhərlərin təhlükəsizliyini təhdid edir. İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib ki, son 1 il ərzində İranda hava çirkliliyi səbəbindən təxminən 58 975 nəfər ölüb".
O qeyd edib ki, eyni dövrdə hava çirkliliyi səbəbindən ölkəyə 17 milyard dollar ziyan dəyib:

"Bütün bunlar ilk növbədə əhalinin təhlükəsizliyi ilə bağlıdır və ən azı rəsmi qurumların, ali məktəblərin, beyin mərkəzlərinin ekoloji cəhətdən sağlam şəhərlərə köçürülməsini zəruri edir. İkinci səbəb Tehranda su çatışmazlığıdır. İran yaxın gələcəkdə su stressi yaşayacaq ölkələrdəndir. 

Hətta bu yay yağıntı az düşdüyündən Tehranı qidalandıran su anbarlarında su kəskin azalıb. Görünür, İran hökuməti su çatışmazlığı səbəbindən rəsmi qurumların fəaliyyətində problemlər yaranmaması üçün paytaxtı daha bol sulu, ən azı su təminatı normal olan şəhərə köçürmək istəyir".Həmsöhbətimiz diqqətə çatdırıb ki, üçüncü səbəb təhlükəsizliklə bağlıdır:

"İsraillə 12 günlük müharibə göstərdi ki, əhalisinin sayı 7 milyonu ötən Tehran şəhəri xarici xüsusi xidmət orqanlarının poliqonuna çevrilib. Günün günorta çağı bu şəhərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalları, İranın rəsmi qonaqları, nüvə alimləri öldürülür. Xüsusilə MOSSAD agentləri Tehranda yuva saldığından hökumət daha təhlükəsiz şəhərdə mənzillənmək istəyir".

Elman Cəfərli hesab edir ki, paytaxtı dəyişməklə İran sadalanan problemləri tam həll edə bilməyəcək:

"Söhbət Tehranın köçürülməsindən deyil, paytaxtın köçürülməsindən gedir. Yaxşı, nazirliklər köçürüləcək, məmurlar su problem yaşamayacaq, bəs qalan əhalinin aqibəti necə olacaq?

Hökumət su qıtlığı yaşayan əhalini taleyin ümidinə buraxacaq? İkincisi, tutaq ki, paytaxt Bəndər Abbasa köçürüldü, ora xarici ölkələrin xüsusi xidmət orqanları ayaq aça bilməcəyək? 
Bundansa İran hökuməti problem kökündən həll etməyi düşünməlidir. Öncə, iri şəhərlərdə nəqliyyat infrastrukturu yaşıl texnologiyalara əsaslanmaqla yenidən qurulmalı, Tehranın yükü azaldılmalıdır.

Bunun üçün bir sıra qurumlar, ali məktəblər başqa şəhərlərə köçürülə bilər. İkincisi, "ağıllı su" idarəetməsi tətbiq olunmalı, su əyalətlər arasında bərabər və ədalətli bölüşdürülməlidir”.
Ekspert paytaxtın dəyişdirilməsi ilə bağlı "etnik versiya"nı da istisna etməyib: 

"Tehran əhalisinin əksəriyyəti türklərdir. Tehran bazarında əsas işlək dil türk dilidir. Azərbaycan vilayətlərinə yaxın olduğundan paytaxtdakı əmək miqrantlarının əksəriyyəti türkdür. Şovinist dairələr ola bilsin ki, bu amili də nəzərdən qaçırmır və “paytaxtın büsbütün türkləşməsi” təhlükəsi onları qorxudur".

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri