Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki, siz hansı əsrdə yaşayırsız...”

“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki, siz hansı əsrdə yaşayırsız...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Rusiya istəyir ki, qatarları sovet dövründə olduğu kimi, Dağıstandan daxil olsun Azərbaycana, Azərbaycandan Araz boyu Zəngəzur yolu ilə Ermənistandan və Naxçıvandan keçməklə İrana daxil ola bilsinlər...”

“Hazırda Zəngəzur yolunun açılmasını İranın müəyyən dairələri, xüsusən də “SEPAH” istəmir. Nəyə görə istəmirlər? Ona görə ki, indiyədək İrandan  külli miqdarda narkotik məhsullar Ermənistan ərazisinə keçirilir, oradan da  ermənilər onları bölüşdürüb Rusiya və Avropaya yola salır. Və “SEPAH” həmin əməliyyat nəticəsində xeyli pul qazanır. Odur ki, bu çirkli transferlərinin qarşısının kəsiləcəyindən, milyardların əllərindən çıxacağından ehtiyatlanan İranın o dairələri deyirlər ki, guya Zəngəzur yolu açılsa, İranın Ermənistanla əlaqəsi kəsiləcək”.

Politoloq Zərdüşt Əlizadə bu fikirləri Moderator.az-a açıqlamasında  “Mövcud geo-siyasi reallıqda hansı güclər Zəngəzur yolunun açılmasını istəmir” sualını cavablandırarkən dilə gətirib.

“Bir dəfə İranın “Səhər” kanalının əməkdaşı da məndən müsahibə götürəndə bu axmaq fikri səsləndirdi. Mən də cavabında gülüb dedim ki, siz hansı əsrdə yaşayırsız. Həmin yolun keçdiyi yol boyu İran-Ermənistan sərhədi cəmi 44 km uzanır. Yaxşı, fərz edək ki, deyilən ərazidən eni uzağı 10 metr olan bir məkanla dəmir yolu çəkildi. Həmin ərazidə dəmir yolunun üzərindən körpü də tikmək olar, altından tunel də çəkmək olar. Yəni onlara anlatdım ki, dedikləriniz mənasız söhbətdir. Zəngəzur yolunun açılması İranın heç yerə yolunu kəsmir. Özü də həmin dəmir yolunun Ermənistanın ərazisindən keçən hissəsi onun mülkiyyəti olacaq. Azərbaycan isə sadəcə oradan sərbəst şəkildə öz sərnişin və yüklərini daşımaq istəyir.  Bu isə İranın sərhədini kəsmək demək deyil. Üstəlik, bu həm də bizim haqqımızdır, çünki vaxtilə tarixi ədalətsizlik olub: bolşevik Rusiyası qədim torpağımız Zəngəzuru Azərbaycan bolşeviklərindən alıb Ermənistan bolşeviklərinə verməyi məsləhət görüb... Bundan sonra iranlı bəradərlərimiz deməyəsöz tapmadı”, -deyə davamında politoloq nəzərə çatdırıb.

“Bəs sizcə, hansı xarici güc Zəngəzur dəhlizinin açılmasında daha çox maraqlıdır” sualına cavabında isə Zərdüşt Əlizadə belə deyib: 

“Zəngəzur dəhlizinin açılmasında xarici güclərdən ilk növbədə Rusiya maraqlıdır. O istəyir ki, qatarları sovet dövründə olduğu kimi, Dağıstandan daxil olsun Azərbaycana, Azərbaycandan Araz boyu Zəngəzur yolu ilə Ermənistandan və Naxçıvandan keçməklə İrana daxil ola bilsinlər. Yadımdadır ki, sovet vaxtı deyilən marşrut üzrə Moskva-Tehran reysi ilə hərəkət edən ayrıca vaqon var idi. Hətta o zaman İranda sovet mütəxəssisi kimi işləyən qohumlardan birinin həyat yoldaşını Moskvadan həmin vaqonla Tehrana yola salmışdım. Həmin yolu 1993-1994-cü illərdəki müharibə zamanı ermənilər sökdü... 

Nəhayət, 2020-ci ilin 44 günlük müharibəsindəki qələbəmizdən sonra Azərbaycan o dəmir yolunu öz ərazisində Ermənistanla sərhədədək bərpa etdi. İndi isə ermənilər də həmin yolu açmağa məcburdurlar, amma o yola 10 noyabr 2020-ci il üçtərəfli sazişində qeyd edildiyi kimi, Rusiyanın nəzarət etməsini istəmirlər. Məsələ əsasən buna görə ləngiyir... Rusiya bu imtinaya görə Ermənistandan inciyir. İnciyirlərsə, getsinlər su içsinlər...” 

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri