İranın şimalında güclü yanğın başladı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
İranın Mazandaran vilayətində meşə yanğını davam edir
Milli.Az xəbər verir ki, İranın şimalında, Mazandaran vilayətinin Çalus rayonunda meşəlik ərazidə başlayan yanğın hələ də söndürülməyib. Yanğının qarşısının alınması istiqamətində yerli qüvvələr intensiv iş aparsalar da, alovun yayılmasının qarşısını tam olaraq almaq mümkün olmayıb.
Mazandaran Təbii Sərvətlər və Su Ehtiyatları İdarəsinin baş direktoru Mehrdad Xəzayinin yerli mediaya verdiyi məlumata görə, ötən gün axşam saatlarında yanğın müvəqqəti nəzarətə götürülsə də, daha sonra yenidən alovlanıb. Ərazinin keçilməz olması yanğınsöndürmə işlərini çətinləşdirir. Bu səbəbdən hadisə yerinə helikopter cəlb edilməsi üçün müraciət olunub.
Mütəxəssislər bildirirlər ki, Mazandaran vilayətinin Çalus rayonunda ümumilikdə 156 min hektar meşə sahəsi mövcuddur. Yanğının daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi vacibdir. Hazırda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər.
Milli.Az
Baxış sayı:66
Bu xəbər 18 Mart 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















