Icma.az
close
up
RU
İranın vurulmasına qarşı koalisiya NƏ BAŞ VERİR?

İranın vurulmasına qarşı koalisiya NƏ BAŞ VERİR?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ştatlar İran ətrafında hərbi qüvvələrinin sayını hər keçən gün artırır. ABŞ təkcə bir həftə ərzində Yaxın Şərqə təxminən 20 hərbi reys həyata keçirib. Bu arada Körfəzdə Amerika hərbi obyektlərindən birinə ev sahibliyi edən BƏƏ-nin Xarici İşlər Nazirliyi hava məkanının, ərazisinin və ya sularının İrana qarşı hər hansı bir hərbi əməliyyatda istifadəsinə icazə verməmək öhdəliyini bir daha təsdiqləyib.

BƏƏ hücumlara logistik dəstək verməkdən də imtina edib. BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquqa riayət və dövlət suverenliyinə hörmət mövcud böhranların həlli üçün ən yaxşı yoludur.

BƏƏ paytaxt Əbu-Dabi yaxınlığındakı Zafra Hava Bazasında minlərlə ABŞ əsgərinə ev sahibliyi edir. Baza körfəzdəki azsaylı Amerika hərbi obyektlərindən biridir. Maraqlıdır ki, egiondakı digər ölkələr isə tərəddüd edir. Xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşı çıxır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın bölgəyə hərbi gəmilər göndərməsinin "güc nümayişi" olduğunu və İranın ona qarşı hər hansı bir hücuma sərt cavab verəcəyini bildirib.


Ərəb ölkələrinin bu mövqeyinə səbəb nədir? ABŞ yalnız sözügedən ölkələrə arxalanaraq İrana hücum etsə, bu, nə dərəcədə uğurlu və effektiv ola bilər?-
“ABŞ doğrudan da razılığa gəlmək üçün həqiqi dialoqa girməyə hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır”.

Bunu yanvarın 29-da İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf CNN-ə müsahibəsində bildirib.
"Əgər bunlar beynəlxalq normalar çərçivəsində razılığa gəlmək üçün həqiqi danışıqlardırsa, onda bəli. Lakin bunlar ABŞ Prezidentinin (Donald Trampın) axtardığı danışıqlar deyil; o, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir", - o bildirib.
"Hesab edirəm ki, əgər Tramp həqiqətən dürüstdürsə, Nobel sülh mükafatını qazanmaq istəyirsə, o, əsl sülhə can atmalı və əvvəlcə özünü müharibəni qızışdıranlardan, İranın təslim olmasını istəyənlərdən azad etməlidir", - İran parlamentinin spikeri əlavə edib.
O qeyd edib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticəsini idarə edə bilməz. "Evindən minlərlə kilometr uzağa (Yaxın Şərqə) göndərilən minlərlə Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu, yaxşı deyil", - o, deyib.

Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında ərəb ölkələrinin, o cümlədən Türkiyənin İrana hərbi müdaxiləyə qarşı çıxmasını regionda uzunmüddətli qeyri-sabitlik yaranacağından tərəddüd etmələri ilə əsaslandırıb. "İran Çin, Rusiyadan dəstək alır. Son həftələr Tehran aeroportuna karqolar tez-tez enir və Çinin hərbi təyinatlı dəstək göndərdiyi iddia olunur. Rusiyanın da bəzi hərbi təyinatlı dəstək verdiyi vurğulanır. Faktiki olaraq İrana iki böyük dövlətdən dəstək var. Eyni zamanda, proksi qüvvələr zəifləsə də, tamamilə sıradan çıxmayıblar, Livanda "Hizbullah"ın, Yəməndə husilərin, İraqda "Həşdi Şabi", "Hüseyniyyun", "Fatimiyyun" silahlı birləşmələr var və İranı müdafiə edirlər. Ona görə də ərəb dövlətləri ehtiyat edir ki, ABŞ hərbi müdaxilə edərsə, bölgə "qan çanağı"na çevrilər. Məsələn, Qətər gördü ki, İran Amerikanın bu ölkədə yerləşən hərbi bazalarına zərbələr endirdi. Bu ayrı sualdır ki, amerikalıların bazalarına İran raketləri nə edə bildi? Fakt Qətərdə narahatlıq yaratdı. Odur ki, bölgədə qarşıdurma istəmirlər. Eyni gözlənti Səudiyyədə var. İranın təlimatı ilə husilər bu ölkəyə zərbələr endirə bilər. Nəticədə regionda stabillik pozulacaq".
Q.Hüseynli hesab edir ki, "Maduro əməliyyatı"na bənzər blitzkriq olarsa, ildırımsürətli plan həyata keçirilərsə, o halda İranda rejimin demontajı ağrısız baş tuta bilər: "Amma buna zəmanət yoxdur. İran Venesuela deyil və ABŞ dirənişlə üzləşəcək. Şübhəsiz ki, bütün hallarda İranın vurulacağını gözləyirəm. Tramp son hədə dolu bəyanatında deyib ki, böyük armada İrana tərəf gedir və bu qrup Venesuelaya göndəriləndən daha böyükdür. O, Tehranı masaya oturmağa çağırıb. Əgər anlaşma olmasa, İrana daha pis zərbə vurulacaq. Yəni gözləntim budur ki, İrana tərəf gedən hərbi gəmilər boş yerə hərəkət etmirlər və ABŞ "əzələ nümayişi" naminə pul xərcləməz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri