İranın XİN başçısı Trampın xüsusi elçisi ilə danışıb Səfir təsdiqlədi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İran danışıqlara hazırdır, lakin onlar qarşılıqlı hörmətə əsaslanmalı və əsas, elementar prinsiplərə riayət edilməlidir".
Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami 14 yanvarda keçirilən mətbuat konfransında bildirib.
"Biz heç vaxt danışıqlardan yayınmamışıq", - deyə o qeyd edib.
Diplomat İranın xarici işlər naziri Abbas Əraqçinin son iki gün ərzində ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofla danışıqlar apardığını təsdiqləyib.
O, danışıqların Fars körfəzi ölkələrindən birinin vasitəçiliyi ilə aparıldığını bildirib.
"Tramp hər gün yeni bir şey deyə bilməz; o, qərar verməlidir. Əgər o, qarşılıqlı hörmətə əsaslanan real danışıqlar aparmaq istəyirsə, deməli, İran hazırdır", - Şirqolami vurğulayıb.
Baxış sayı:92
Bu xəbər 14 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















