Icma.az
close
up
RU
İranın Xudafərin təxribatı: "Bəzi məsələlər gizli saxlanılır" VİDEO

İranın Xudafərin təxribatı: "Bəzi məsələlər gizli saxlanılır" VİDEO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, dünən saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb. Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb. Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb. Müqabil tərəfdən verilən məlumata əsasən, saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib. Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bakupost.az -a açıqlamasında hadisəni təxribat kimi dəyərləndirib.

“Hələlik ilkin məlumatlar var və bu, bir daha göstərir ki, sərhəd xidməti ən müasir avadanlıqla təmin olunub, ayıq-sayıqlıq daim saxlanılır. Sərhəddə baş verən proseslər Azərbaycanın dörd bir tərəfindən müşahidə olunur və nəzarət altında saxlanılır. Kadrlara baxanda hiss olunur ki, hımin şəxslər hansısa əməlləri törətmək niyyətində olublar. Bu da gizli qalmayıb. Hazırda araşdırma gedir və mənə elə gəlir ki, nəticələri yaxın zamanda məlum olacaq”.

Ekspert qeyd edib ki, bu hadisənin arxasında Azərbaycan- İran münasibətlərinin müsbət dinamikasını qəbul etmək istəməyən İrandakı qüvvələr dayana bilər:

“Düşünürəm ki, bu sərhəd pozuntusu, məhz həmin qüvvələrin təsiri ilə təxribat xarakterli addım kimi atılıb. Azərbaycan sərhədi pozmağa cəhd edənlərin məsuliyyətə cəlb olunmasını tələb edəcək. Bu hadisədən sonra biz proseslərə nəzarətin daha çox gücləndirilməsini istisna etmirik. Suya düşən iranlı ilə bağlı hələlik məlumat yoxdur. Bəzi məsələlər istintaq getdiyi üçün hələlik gizli saxlanılır”.


Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri