Icma.az
close
up
RU
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir Kritik proses başladı

İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir Kritik proses başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya (E3) Cenevrədə İranla nüvə danışıqları üçün xüsusi formatda toplanır. Görüş Tehranın regional fəallığı və Qərblə münasibətlərindəki son gərginlik fonunda baş tutur. Digər tərəfdən İsrail İranla bağlı ritorikasını sərtləşdirir, regionda bu ölkənin təsirinin neytrallaşdırılmasını açıq şəkildə prioritet kimi elan edir.

Avropa niyə indi bu məsələdə daha aktiv rol almağa çalışır? İranla bağlı diplomatik fəallığın arxasında hansı təhlükəsizlik narahatlıqları və ya siyasi gündəmlər dayanır? İsrailin mövqeyi və addımları E3 formatının qərarlarına necə təsir edə bilər?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, sözügedən toplantı diplomatik cəhdlərin yenidən gücləndirildiyinin aydın göstəricisidir:

“Bu dinamika böyük güclərin İran uğrunda mübarizəsi kimi təqdim edilməməlidir. Daha çox regionu hərtərəfli böhrandan xilas etmək üçün diplomatik manevrlərin genişləndirilməsi mənasını daşıyır. E3 ölkələri İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıq keçirir və bu istiqamətdə diplomatik dialoqu davam etdirmək istəyir. Eyni zamanda ABŞ və İsrail regionda hərbi seçimləri hələ də masada saxlayır. Vaşinqton Təl-Əvivin hərbi əməliyyatlarına qatılmağı və hətta Fordo nüvə obyektini bombardman etmək variantlarını nəzərdən keçirir”.

Həmçinin oxuyun:

Tramp Ruzveltin taleyini yaşayacaqmı? – 119 il öncə baş verənlər təkrarlana bilər: Azərbaycan detalı

Vüqar Zifəroğlu

Ekspert xatırladıb ki, E3 ölkələri İranın 31 avqust tarixinədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) yenidən tam şəffaflıqla qayıtmaması halında, BMT-nin “snapback” mexanizmini işə salmaqla sanksiyaları bərpa edə biləcəyini bəyan edib:

“Avropanın aktivliyinin artması o deməkdir ki, onlar regionda sülhü dəstəkləmək, potensial müharibə riskini azaltmaq və nüvə təhlükəsizliyinə nəzarəti gücləndirmək üçün real diplomatik kanal rolunu oynamaq niyyətindədirlər. E3 ölkələri bu vəziyyətdə təşəbbüsə yiyələnməklə arbitrajçı və ya balanslaşdırıcı aktor kimi çıxış etməyə çalışır, həm İranla inamlı dialoq potensialını qoruyur, həm də ABŞ və İsrailin ekstremal addımlarını yumşaltmaq istəyir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri