Icma.az
close
up
RU
İranla bağlı gözlənilməz ssenari: İki dövlət birləşir?

İranla bağlı gözlənilməz ssenari: İki dövlət birləşir?

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İranın Ali Dini Lideri Müctəba Xameneinin İraq xalqına və dini liderlərinə təşəkkür etməsi, eləcə də iki ölkənin gələcəkdə vahid dövlət şəklində birləşməsi ilə bağlı səsləndirdiyi fikir regionda diqqət çəkən müzakirələrə səbəb olub. ABŞ və İsrailə qarşı mümkün ssenarilər fonunda səslənən bu açıqlama Tehran-Bağdad münasibətlərinin yeni mərhələyə keçə biləcəyi ehtimallarını gündəmə gətirib.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmərliyev İran və İraqın vahid dövlət çərçivəsində birləşməsi ideyasının yeni olmadığını və bu məsələnin uzun illərdir müxtəlif dairələrdə müzakirə edildiyini bildirib:

"Bu ideyanın kökləri hələ Səddam Hüseynin 2003-cü ildə hakimiyyətdən devrilməsindən sonrakı dövrə gedib çıxır. Həmin dövrdə Nəcəf dini məktəbi ətrafında formalaşan dini-siyasi çevrələr tərəfindən İran və İraqın konfederativ əsaslarla birləşdirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Lakin o zaman da əsas mübahisə doğuran məsələ gələcək birliyin idarəetmə forması və ümumi liderliyin kimə məxsus olacağı idi".

Politoloq qeyd edib ki, hazırda Müctəba Xameneinin bu istiqamətdə səsləndirdiyi fikirlər daha çox təşəbbüs xarakteri daşıyır. Onun fikrincə, belə bir ideyanın yenidən gündəmə gəlməsində İraqda siyasi vəziyyət və xüsusilə Nuri əl-Maliki kimi İrana yaxın fiqurların yenidən hakimiyyətə qayıtmaq ehtimalı mühüm rol oynayır:

"İraq parlamentində Malikinin yenidən baş nazir postuna gətirilməsi ilə bağlı müzakirələr aparılır ki, bu da Tehran üçün əlavə siyasi fürsətlər yarada bilər. Bununla belə, ekspert hesab edir ki, belə bir birləşmənin reallaşması qarşısında ciddi maneələr mövcuddur. İlk növbədə, İraqın daxili siyasi və sosial vəziyyəti olduqca mürəkkəbdir. Ölkədə müxtəlif dini və siyasi qruplaşmalar fəaliyyət göstərir və bu qrupların hamısı İranla yaxınlaşmanı dəstəkləmir. Hətta şiə icması daxilində belə, Tehrana qarşı olan qüvvələr mövcuddur".

Politoloq xüsusilə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi milliyyətçi şiə qruplarını misal çəkərək bildirib ki, onlar İranın təsirinə qarşı çıxır və ölkə daxilində ciddi ictimai-siyasi dəstəyə malikdir:

"Bu isə hər hansı bir konfederativ modelin həyata keçirilməsini daha da çətinləşdirir. Digər mühüm məqam dini mərkəzlər arasındakı rəqabətdir. Belə ki, şiə dünyasının əsas dini mərkəzlərindən biri Qum şəhərində, digəri isə Nəcəfdə yerləşir. Bu iki mərkəz arasında təsir və nüfuz uğrunda rəqabət də potensial birləşmə prosesinə mənfi təsir göstərən amillərdən biridir".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Mart 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri