İranla yeni danışıqları elan etdi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Amerika Birləşmiş Ştatları gələn həftə İran ilə danışıqların növbəti raundunu keçirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios” nəşrinə müsahibəsində deyib.
Ağ Ev rəhbəri bildirib ki, Tehran saziş bağlamaq istəyir, lakin bu, Vaşinqtonun razılaşacağı şərtlər daxilində deyil:
“Vaşinqton İslam Respublikasının irəli sürdüyü şərtlərlə bəlkə də bir il əvvəl razılaşa bilərdi. Onlar öz imkanlarını həddindən artıq yüksək qiymətləndirdilər”.
Buna qədər İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, Tehranın ABŞ ilə münaqişəni diplomatiya yolu ilə həll etmək üçün heç bir səbəbi yoxdur, lakin sülhə nail olmaq naminə bunu etməyə hələ də hazırdır.
Xatırladaq ki, İranın şərtlərinə 8 ay əvvəl başlayan müharibənin dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğvi daxildir.
Baxış sayı:138
Bu xəbər 27 Sentyabr 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















