Icma.az
close
up
RU
İranla yeni səhifə açılır İlham Əliyev bunu bağışlamayacaq

İranla yeni səhifə açılır İlham Əliyev bunu bağışlamayacaq

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Prezident İlham Əliyev ötən günkü çıxışında İranla münasibətlərə dair mühüm fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, “səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”.

Prezidentin bu çıxışı həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq dairələr üçün konkret və açıq mesajdır. Əsas diqqətçəkən məqam ondan ibarətdir ki, rəsmi Bakı İranla münasibətlərin normallaşmasına açıq olsa da, səfirliyə qarşı törədilmiş terror aktının cavabsız qala bilməyəcəyini bir daha bəyan edir. Bu çıxış, eyni zamanda, yeni seçilmiş İran rəhbərliyinə ünvanlanan bir siqnal kimi də qiymətləndirilə bilər: münasibətlərin bərpası üçün ilk növbədə ədalətin bərqərar olunması və günahkar şəxslərin cəzalandırılması şərtdir.

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Prezident İlham Əliyevin bu açıqlaması İranla yeni bir səhifənin açılması ehtimalını gündəmə gətirir:

Samir Hümbətov

“İran dövlətinin son günlərə qədər Azərbaycana qarşı müəyyən təxribatlarının zaman-zaman baş verdiyi müşahidə olunurdu. Amma bu dəfəki terror aktı birbaşa dövlətə yönəlmişdi. Çünki İran dərhal dövlət televiziyasında terrorçunu çıxararaq açıqlama verdirdi və bu hadisənin guya ailə-məişət zəminində baş verdiyini iddia etdi. Prezident İlham Əliyev isə İrana açıq mesaj verir ki, öhdəliklər yerinə yetirilməyib və bu, Azərbaycana qarşı yönəlmiş terror aktı idi. Məlum şəxs hələ də cəzalandırılmayıb və görünən odur ki, ona cəza vermək fikrində deyillər”.

Politoloqun sözlərinə görə, əgər İran münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə terror aktında iştirak etmiş şəxsin ən ağır şəkildə cəzalandırılmasını təmin etməlidir:

“Bu, İranın səmimi niyyətini göstərəcək. Prezident İlham Əliyevin çıxışından da aydın olur ki, Azərbaycan bu hadisəni bağışlamayacaq. İki ölkə arasında münasibətlərə də müəyyən qədər təsiri olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri